Qlobal borc rekord səviyyəyə yüksələrək 315 trilyon dollara çatıb. Xüsusilə Çin, Hindistan və Meksikanın artan borcları hesabına bu rəqəm artıb. Təkcə bu ilin birinci rübündə qlobal borcun həcmi 1.3 trilyon dollar artıb.
Rekord sayda seçki kampaniyası fonunda xərclər də yüksəlib. Əsasən inkişaf etməkdə olan ölkələrin, xüsusən də ABŞ-nin iqtisadiyyatı təhlükə altındadır. Eyni zamanda, dövlət büdcəsinin kəsiri koronavirus pandemiyasına qədərki mövqelərini qoruyub saxlayır.
Bundan əlavə, Çin daşınmaz əmlak böhranı ilə üz-üzədir – ölkənin iqtisadi artımı uzun illər müddətinə “dondurula” bilər. Hindistanda da fəlakətlər səbəbindən borc artır. Artıq indi ölkələr yüksək dollar borcları ilə mübarizə aparır.