22 C
Baku
Monday, July 1, 2024

Dünya brendləri qiymətləri qaldırır

Dünyanın elit məhsul istehsalçıları yaxın zamanlarda qiymətləri qaldıracaqları ilə bağlı xəbərdarlıq edirlər. Buna əsas səbəb olaraq isə xarici valyuta bazarında olan qeyri-sabitlik və Çində istehlakçı əhval-ruhiyyəsinin dəyişməsini göstərirlər. 2012-2014-cü illər ərzində dəbdəbəli məhsulların qiymətində bir il üzrə 4% artım müşahidə edilmişdir.
Söhbətin dəbdəbəli məhsullardan getdiyini nəzərə alsaq, burada qiymətin 1% qalxması belə böyük pullar deməkdir. Brendlərə ayrı-ayrılıqda nəzər salsaq, təxminlərə görə Hermes və LVMH məhsullarının dəyərini 4 və 6%, Gucci, Prada və Burberry isə 2-3% artıra bilər.

Qiymətlərin artımında Çin faktoru:

Çin bazarı sürətlə dəyişir və ölkənin daxili tələbatının dəstəklənməsinə istiqamətlənmiş iqtisadi siyasəti də ona təkan verən əsas amillərdəndir. Əvvəllər çinlilər elit məhsullar almaq və qənaət etmək cəhdləri üçün tez-tez ABŞ və Avropaya gəlirdilər. Hazırda bahalı məhsullara çoxlu pul xərcləməyə hazır insanların sayı artsa da, Aİ ölkələri və ABŞ-a gəlmək arzusunda olanların sayı azdır. Problem ondadır ki, çinlilər tərəfindən olan tələbat Böyük Britaniya və digər ölkələrdə daxili qiymətlərin artımına gətirib çıxardı. Burada son illərdə elit məhsulların dəyəri Çində olduğundan, qat-qat sürətlə artır. Çin hökumətinin siyasəti və vergilər arasındakı faydanın məhdudlaşdırılması çinlilərin elə öz vətənlərindəcə alış-veriş etməyə təhrik edir. Müqayisə üçün qeyd edək ki, 2012-2014-cü illərdə Parisdə qiymət orta hədlə 4,2%, şanxayda isə 1,6% artmışdı. Çinlilərin Avropadan məhsul alaraq qənaət etmək faizləri 2014-cü ildə 26%-ə enmişdir.

Qiymət artımı brendi dəstəkləyə bilər:

Son illər ən kəskin qiymət artımı Hermes və Louis Vuitton, Richemont və Gucci kimi brendlərdə müşahidə edilib. Son zamanlar elit çantaların dəyəri orta hədlə 6%, zinət əşyalarının qiyməti isə 4,5% artmışdır. Conlumino şirkətinin ekspert-stilisti Anuşa Kutiqan verdiyi müsahibədə bildirmişdir ki, brendlərin dəyərinin artırılması bir daha onların ekskluziv olmalarını sübut edir. Və əgər bir varlı şəxs 6% bahalaşmış bir çantanı ala bilmirsə, o necə varlıdır?!

Son xəbərlər
Digər xəbərlər