22 C
Baku
Tuesday, April 23, 2024

Dünya brendləri tarixi: Gucci

Gucci – brendinin yaradıcısı Quççio Quççi, 1881-ci ildə Florensiyada dünyaya göz açmışdır. Onun atası sənətkar idi və özü düzəltdiyi şlyapaları satırdı.

23 yaşında Quççio emalatxana açır və burda at qoşquları düzəltməyə başlayır, emalatxananın adı isə «Quççi evi»olur. Amma atası ilə mübahisədən sonra gənc insan ölkəni tərk etmək qərarına gəlir və emalatxananı bağlayır. 

O, Londona köçür və «Savoy» otelində işə düzəlir. Əvvəlcə oteldə yük daşıyan, daha sonra liftçi qismində çalışan Quççio diqqət yetirir ki, insanların hansı sosial statusa mənsub olmasından asılı olaraq, sahib olduğu çanta və çamadanlar digərlərindən fərqlənir.

1921-ci ildə o yenidən İtaliyaya qayıdır, Anda Kalvelli ilə tanış olaraq onunla evlənir. Londonda qazandığı pullarla o yenidən öz emalatxanasını açır, indi o, at qoşqu ləvazimatları, yəhər, qayış və jokey (çapar) libaslarından başqa yol çantaları və çamadanlar da hazırlayaraq satmağa başlayır. Keyfiyyətli əl işləri müştərilərin çox xoşuna gəlir və tezliklə Quççinin şöhrəti bütün Avropaya yayılır.

Quççio və onun xanımı Anda Kalvellinin altı uşağı dünyaya gəlir. Onun oğulları böyüyəndə emalatxanada atalarına kömək etməyə başlayır. 1933-cü ildə isə Quççionun oğlu Aldo iki bir birinə bitişik G hərfindən ibarət loqotipi düşünüb tapır. Hərflər onların ad və soy adlarının abreviaturasını əks etdirir –Quççio Quççi.

1937 –ci ildə isə Quççi balaca bir emalatxanadan dəri məmulatları istehsal edən iri bir fabrikə çevrilir. Onların içərisində elə yenə həmin çanta və çamadanlara rast gəlmək olur, bu dəfə yenilik isə əlcəklər olur. Quççio məhsullarının uğuru o qədər böyük miqyaslı olur ki, onlar Romanın ən prestijli küçələrindən birində ViaCondotti ilk Gucci butikini açırlar. Onun alıcıları sırasında Kraliça Elizabet və Jaklin Kennedi kimi məşhur xanımlar olur. 40-cı illərin əvvəllərində isə Gucci dükanları bütün İtaliya boyu açılmağa başlayır.

Firma loqotipini ixtira etmiş Aldo –Quççionun oğlu, atasının firmasının inkişafını təmin edir. Onun sayəsində, Gucci markası altında saatlar, ipək şərflər və qalstuklar buraxılmağa başlayır. O bambuk qulpları olan çanta yaradır ki, bu çanta bütün dünyada, hətta 21-ci əsr qadınları arasında da olduqca məşhurdur. Həmçinin də Aldo kətan kimi sadə materiallardan da çanta düzəltməyə davam edir. 1940-cı ildə o, okeanın digər tərəfinə, Amerikalılara Gucci məhsulunu təqdim etməyə yollanır. Kolleksiya sözün həqiqi mənasında Amerikada partlayışa səbəb olur və Aldo 1953-cü ildə Nyu-Yorkda  məşhur “Beşinci avenyu”-da Gucci butikini açır. Bunun ardınca isə daha bir dükan Paris və Londonda açılır. 1960-cı illərin sonunda isə Gucci markası Şərq aləmini fəth etmək iddiasına qalxır. Beləliklə Honkonq və Tokioda Gucci məhsullarını əldə etmək mümkün olur. Gucci markasının siması isə heç şübhəsiz ki, Qreys Kelli olur, daha sonra isə marka fəxri kral tədarükçüsü adına layiq görülür.

1953-cü ildə Quççio Quççinin vəfatından sonra  kompaniyadakı işlərin vəziyyəti pisləşir. Çoxuşaqlı ailənin üzləri bir-birini məhkəməyə verməyə başlayır. Sonda şirkətin səhmlərinin 50%-ni Aldo əldə edir və elə o da, bundan sonra Gucci kompaniyasına rəhbərlik edir. Ailə daxili çoxlu çəkişmələrə baxmayaraq, 1960-1970-ci illər kompaniyanın inkişaf yolunda növbəti uğurlu bir mərhələ olur. Bu zaman ətir, qol saatları, qadın geyimləri və xəzdən müxtəlif əşyalar istehsal edilməyə başlayır.

70-ci illərin sonuna qədər Gucci kompaniyası həmin dövrün ən məşhur dünya brendlərindən biri olaraq qalmaqda davam edir. Amma ailə daxilində mübahisələr və qalmaqallar az qala kompaniyanın bankrot olmağın bir addımlığına gətirib çıxarır. Əgər Gucci markası 70-cı illərdə şık və dəbdəbənin ən yüksək pilləsi hesab olunurdusa, 80-ci illərdə «o, öz cəlbediciliyini itirərək, ucuz aeroport brendinə çevrilir».

Məhz elə bu zaman Gucci Evinin məmulatlarının kütləvi şəkildə saxta versiyaları hazırlanmağa başlayır ki, bu da kompaniyanın reputasiyasına daha böyük xələl gətirir. Kompaniya üçün daha ağır zərbələrdən biri isə 1983-cü ildə Quççionun oğullarından biri olan Rodolfun ölümü olur. O, öz səhmlərini övladı Maurisioya vəsiyyət edir. Yeni varis isə Aldonun oğlu Paolo ilə birləşir. Bir vaxtlar tasına qarşı qəlbində kin yığmış Paolo ondan qurtulmaq, yəni onu oyundan kənar etmək qərarına gəlir. O, Amerika hökumətinə sənədlər təqdim edir ki, bu kağızlarda da Aldonun vergi ödənməsindən yayınması öz əksini tapır. 1886-cı ildə Aldo Quççi həbs olunur. Belə hesab olunur ki, bu satqınlığın əsas səbəbkarı Maurisio olub, bunu etməsindən ötrü o, Paoloya şirkətdə yaxşı vəzifə vəd edib. Aldonun həbsindən sonra şirkətinin idarəetmə sükanı arxasına Maurisio keçir, bütün bu hadisələr 1989-cu ildə baş verir.

Gucci-top-fashion-brand-2011

Bu kompaniyanın həyatında ən pis anlardan biri olur. Maurisio bir zamanlar kompaniya üçün böyük əhəmiyyət kəsb edən insanları işdən çıxarmağa başlayır, əfsanəvi bambuk qulplu çantanın istehsalın dayandırır və baş ofisi Milan şəhərinə köçürür. O xırda firmalara çoxlu lisenziyalar satır, bu firmalar isə Gucci markası altında nə gəldi satmağa başlayır. 90-ci illərdə Gucci firmasına aid məhsullar geyinmək zəif zövqlülük əlaməti hesab olunur, kompaniya isə iflasın bir addımlığında dayanır. Kompaniyanın təsisçisi Quççio Quççinin nəvələri sanki batmaqda olan gəmidən canını qurtarmağa çalışan siçanlar kimi hərəsi bir-tərəfə qaçır, onlar pullarını xilas etmək üçün kompaniyanın səhmlərini Investcorp maliyyə kompaniyasına satırlar. Maliyyə təşkilatı şirkətdə işləmək üçün dizayner Tom Fordu və iqtisadi işlər üzrə direktor vəzifəsinə Domeniko de Sollenidəvət edir. Tom qısa müddət ərzində Gucci-nin beynəlxalq marka statusunu bərpa edir, onun yüyənli başmaqları isə tezliklə bütün dünyanı fəth edir.

1993-cü ildə Maurisio səhmləri satdıqdan sonra, Gucci kompaniyası daha ailə biznesi olmağı dayandırır. Brendin reputasiyasının bərpa olunması çox məhdud büdcə vəsaitləri çərçivəsində həyata keçirilir, amma buna baxmayaraq, Solle satılmış lisenziyaları geri çağırır və pulları kompaniyanın inkişafına yatırım edir. Yaradıcı Tom Ford sayəsində Gucci adı öz əvvəlki nüfuzunu bərpa edir. 1995-ci ildə «Jet Set» kolleksiyasına görə Tom Ford “Ən yaxşı modelyer” adına layiq görülür.

2004-cü ilin aprel ayı yenidən kompaniyanın tarixində sınma mərhələsi olur. Gucci Group  ona daxil olan brendlər ilə birlikdə –«Aleksandr Makkuin», «Sergio Rossi»,«İv Sen-Loram»,«Balensiaqa» və s, fransız kompaniyası Pinault Prin- temps Redoute tərindən alınır. Bu zaman isə Dominiko De Solle və Tom Ford Gucci-ni tərk edir.

Ötən il Fordun «Tom Fordun Gucci epoxası» adını almış kolleksiyasının nümayişi zamanı tamaşaçılar inanılmaz dərəcədə heyrət içində olur, Tomu hamı ayaq üstündə alqışlayır. Tom ilə birlikdə Gucci modalar evini bir sıra dizaynerlər tərk edir. Bu sırada Aleksandr Makkuində olur.

Fordun yerinə gənc bir qız Alessandra Fakkinetti gəlir. O, tamamı ilə Gucci geyimlərinin seksual-qlamur tərzinə sadiq qalır. Amma onun kompaniyada fəaliyyəti elə də uzun çəkmir, tezliklə onun əvəzinə şirkətə istedad baxımından heç də ondan geri qalmayan Frida Canini dəvət olunur. Bu xanım bu günə qədər Gucci modalar evinin aparıcı modelyeri vəzifəsini daşıyır. Onun debütü 2006-cı ilin yazına təsadüf edir, bu zaman xanın dünyaya tamamı ilə yeni biçimlər və fakturalardan ibarət kolleksiya təqdim edir. Onun gəlişi ilə kompaniyadakı işlər yenidən öz qaydasına düşür. Gucci bu gün də dünya moda aləminin ən aparıcı brendlərindən biridir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər