15 C
Baku
Wednesday, October 2, 2024

Dünya çempionatı haqqında maraqlı faktlar

Hazırda futbol üzrə dünya çempionatında oyunların ən qızğın anı yaşanmaqdadır. Bəs bu möhtəşəm turnir haqqında nələri bilmirik:

Bundan əvvəlki çempionat ərzində azərkeşlər tərəfindən 2 milyon şüşə pivə və 400 min hot-dog istifadə olunmuşdu. Rekord bu il təzələnəcəkmi?

2006-cı ildə final qarşılaşmasının auditoriyası 715 min insan idi. Hətta milyardlarla izləyicisi olan Olimpiya oyunlarının final qarşılaşması olmadığı üçün futbol üzrə dünya çempionatından geri qalır.

Çempionat tarixində ən populyar oyun 1950-ci ildə baş tutub. Bu zaman braziliyalılar uruqvaylılara 2:1 hesabı ilə uduzmuşdu. Oyun zamanı stadionda olan futbol fanatlarının sayı 199 minə çatırdı. Maraqlıdır bu dəfə nə baş verəcək: fanat ordusunun sayına görə yeni rekord təyin ediləcəkmi və Braziliya çempionatda qalib olacaqmı?

Adi futbol topu bir-birinə tikilmiş 12, 16 və hətta 36 fraqmentdən ibarətdir. Lakin hazırki çempionat üçün hazırlanmış top cəmi 6 hissədən ibarətdir.

Bosniya və Hersoqoviniya cari çempionatda iştirak edən yeni komandadır. Maraqlıdır ki, 1930-cu ildə çempionatda iştirak edən komandaların sayı 76 idi. Bəzi komandalar elə o dövrdən etibarən çempionatda iştirakdan çəkilmişlər.

Çempionat gedişində qırmızı və sarı vərəqələr ilk dəfə 1970-ci ildə Meksikada keçirilən çempionatda istifadə edilmişdi. Ən çox qırmızı kart isə 2006-cı ildə Almaniyada göstərilmişdir. Bu zaman ümumilikdə futbolçulara 28 qırmızı vərəqə göstərilmişdi.

Bütün dünyada Pele kimi tanına Edson Arantis du Masimentu dünya çempionatı tarixində qol vuran ən gənc futbolçu olmuşdur. 1958-ci ildə İsveçdə keçirilən dünya çempionatı zamanı o Uels komandasının qapısına yol tapmışdı. Bu zaman onun cəmi 17 yaşı var idi.

Bu çempionatda ilk dəfə olaraq GoalControl-4D adlı xüsusi sistemdən istifadə ediləcək ki, onun sayəsində avtomatik olaraq topun qapı xəttini keçib-keçmədiyi müəyyən ediləcək. Ümumilikdə 14 kamera stadiona boyu topu müşahidə etməklə, onun trayektoriyasını müəyyən edəcək. Bu sistem əvvəllər istifadə edilən adi üsullardan daha effektivdir və daha az müqayisəli anların yaşanmasına şərait yaradacaq.

Futbol Amerikada digər idman növlərinə nisbətən daha az populyar olsa da, çempionatı izləməyə gələn insanların böyük əksəriyyəti məhz amerikalılardır. 1994-cü ildə belə turistlərin sayı 3,6 milyon nəfər idi. Hər bir oyun üçün orta göstərici 70 min fanat idi. Bu zaman isə finalda İtaliyanı məğlub edən Braziliya qalib gəlmişdi.

Son xəbərlər
Digər xəbərlər