13 C
Baku
Saturday, November 23, 2024

Dünya Çindəki enerji böhran səbəbindən qlobal qıtlıqla üz-üzə qala bilər

Çində bir çox fabrik və zavodlar enerji böhranı səbəbindən istehsalı dayandırıb və ya həftədə iki günə endirib.

Banker.az xəbər verir ki, istehsal həcmlərinin azalması Çindən malların tədarükünün daha da pozulmasına və onların qiymətlərinin artmasına səbəb olacaq. Bu barədə Böyük Britaniyanın “The Times” qəzetinin ekspertləri məlumat verib.

Son iki ayda ölkənin 20-yə yaxın vilayətində elektrik enerjisi kəsilib, 16 əyalətdə isə elektrik enerjisi istehlakına məhdudiyyətlər qoyulub. Şirkət rəhbərləri bunun uzun müddət davam edəcəyinə inanırlar.

Çinin ən böyük sənaye regionunda 150 minə yaxın şirkət elektrik enerjisi problemi ilə üzləşib. Hökumət ilk növbədə bahalı mallar istehsal edən müəssisələri və yaşayış binalarını təmin edəcəyini açıqlayıb.

Hollandiyanın “ING” bankının analitikləri hesab edirlər ki, Çindən malların tədarükündə fasilələr 2022-ci ilin böyük hissəsi üçün davam edə bilər və bu, qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb olacaq.

Oktyabrın 1-dən noyabrın 8-dək elektrik enerjisi istehsalına göndərilən kömürün həcmi 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 26.8% artıb. Çin səlahiyyətliləri kömür mədənlərini tam gücü ilə işləməyə, daşıyıcıları isə elektrik enerjisi istehsalçılarının sifarişlərinə üstünlük verməyə çağırıb.

Xatırladaq ki, Çində enerji böhranı kömür tədarükü artdıqca azalmağa başlayır. Bu, hökumətin mədən şirkətlərindən hasilatı artırmaq tələbindən sonra baş verib. Ölkə idxalı da artıb.

Son xəbərlər
Digər xəbərlər