21 C
Baku
Tuesday, April 16, 2024

Dünya dövlətlərinin xarici borcları rekord həddə çatıb

Bu il dünya dövlətlərinin xarici borcları ticarət müharibələrinin artması və qlobal iqtisadi artım tempinin yavaşlaması fonunda bir qədər də artaraq yeni rekord həddə – 69,3 trilyon ABŞ dollarına çatıb.

Bu barədə Beynəlxalq Valyuta Fondu (IMF) məlumat yayıb.

Hazırda ən çox borcu olan dövlət ABŞ-dır. Bu ölkə 22 trilyon dollar borcla öndə gedir. Növbəti yerlərdə 11,8 trilyon dollar borcla Yaponiya və 6,8 trilyon dollar borcla Çin qərarlaşıb.

Hazırda qlobal borcun dünya üzrə ümumi daxili məhsulun dəyərinə nisbəti 82% təşkil edir ki, bu da bəşər tarixində rekord göstəricidir. Sözügedən nisbətən ən yüksək hədləri Yaponiya (238%), Sudan (207%) və Yunanıstandadır (177%).

©Report

Son xəbərlər
Digər xəbərlər