11 C
Baku
Tuesday, November 26, 2024

Dünya fond indeksləri necə yaranıb?

Dünya fond indeksləri müəyyən qiymətli kağız qruplarının qiymət dəyişməsini xarakterizə edir.

İndeksin formalaşdırılması zamanı əsas tapşırıq – müəyyən sahə üzrə birja kotirovkalarının dəyişməsi istiqaməti və sürətini qiymətləndirməyə imkan verən göstəricinin yaradılmasıdır. İndeks konkret bazar seqmentinin dinamikasının ümumi trendini yaratmağa imkan verir. İndeksləri öz aralarında müqayisə etməklə iqtisadiyyatın müxtəlif sahələrinin bir-biri ilə necə ticarət apardığını anlamaq mümkündür.

İlk dünya fond indeksini 1884-cü ildə amerikalı maliyyə jurnalisti Charles Dow yaratmışdır. Göstərici Şimali Amerikanın 11 nəhəng nəqliyyat şirkətlərinin səhmlərinin dövriyyəsi ilə hesablanırdı. Bundan 12 il sonra isə ABŞ-ın əsas sənaye şirkətlərini birləşdirən indeks peyda oldu.

Hazırda is müxtəlif tapşırıqların həlli üçün nəzərdə tutulmuş çoxsaylı dünya fond indeksləri mövcuddur və onlar bir sıra xüsusiyyətlərinə görə kateqoriyalaşdırılmışdır:

  • Hesablama üsuluna görə;
  • İndeksin yaradıcılarına görə; (Dow Jones, Standard & Poor’s, NASDAQ, Dax, CAC);
  • Ayrı-ayrı ölkələr və bazalara görə (MSCI, MDCI).

Son xəbərlər
Digər xəbərlər