15 C
Baku
Tuesday, November 19, 2024

Dünya hərbi xərcləri ilk dəfə 2 trln. dolları keçib

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) bildirib ki, ölkələr 2021-ci ildə hərbi ehtiyaclara 2.113 trilyon dollar xərcləyib. Bu göstərici yeddinci ildir ki, artır. 2021-ci ildə real ifadədə artım 0.7% təşkil edib. Banker.az “Kommersant”a istinadən xəbər verir ki, ən böyük xərclər ABŞ, Çin, Hindistan, Böyük Britaniya və Rusiyadadır.

Hərbi xərclər üzrə dünya liderləri:

– ABŞ – 801 milyard dollar (-1.4%),

– Çin – 293 milyard dollar (+4.7%),

– Hindistan – 76.6 milyard dollar (+0.9%).

Rusiyanın hərbi xərcləri 65.9 milyard dollar (+2.9%) və ya ÜDM-in 4.1%-ni təşkil edib. Böyük Britaniya ilə bağlı məlumatlar açıqlanmayıb. Ümumilikdə, ilk beşliyə bütün xərclərin 62%-i düşür.

Ukraynanın hərbi xərcləri 2014-cü ildən bəri 72% artsa da, 2021-ci ildə 5.9 milyard dollar azalıb (ÜDM-in 3.2%-i). İranın xərcləri dörd ildə ilk dəfə artaraq 24.6 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər