14 C
Baku
Sunday, November 24, 2024

Dünya iqtisadiyyatı haqqında 12 maraqlı fakt

1. Əfqanlı kişinin orta ömür müddəti 43,4 ilə bərabərdir ki, bu da dünyanın ən aşağı göstəricisidir. Zimbabvedə qadınlar orta hesabla 43,8 il yaşayırlar. Yapon qadınları isə onlardan 2 dəfə çox ömür sürürlər – orta hesabla 86,2 il. Mikro dövlət Andorrada kişilər 80,3 il yaşayır.

2. Dünyanın ən çox pivə həvəskarları Venesuelada yaşayır, il ərzində onlar adambaşına 83 litr pivə qəbul edir. Qvadelupedə şampan şərabını sevirlər, ildə adambaşına 4,25 butulka istehlak edirlər.

3. Yunanlar ən qatı papiros çəkənlərdir: orta hesabla adambaşına gün ərzində 8,1 çəkilmiş siqaret düşür.

4. Kişilər üçün orta işsizlik səviyyəsi 8,4% təşkil edir. Evli kişilər üzrə bu göstərici 4,9%-ə bərabərdir.

5. Beynəlxalq enerji agentliyinin məlumatlarına görə 2011-ci ilin yekununa yer altından çıxarılan yanacağın hasilatı üzrə subsidiyalar ümumilikdə 40 mlrd dollar təşkil etmişdir. Bu, demək olar ki İrlandiyanın ÜDM-dan iki dəfə çoxdur.

6. Işləyən əhalinin işləməyənlərə nisbətinin ən yüksək göstəricisi Kayman adalarında qeydə alınıb. Bu, 67,7% təşkil edir.

7. Personal kompüter sahiblərinin ən yüksək faizi Kanadaya məxsusdur – hər 100 nəfərə 94,3 PC düşür.

8. Ən çox qızıl Çində hasil olunur – ildə 270 ton.

9. İnsan potensialının inkişaf indeksinə görə ən yüksək həyat səviyyəsi İslandiyadadır. O, 96,8 punkt təşkil edir.

10. Ən dəlisov avtomobil sürücüləri Qatardadır: yol qəzalarında hər 100000 nəfərə 9989 yaralı və 33 ölü düşür.

11. Ən böyük turist kütləsini Fransa qəbul edir – 2007-ci ildə bu göstərici 81 900 000 nəfər təşkil etmişdir.

12. Proqnozlara görə Çinin “bir ailə, bir uşaq” siyasəti nəticəsində 2016-cı ilə qədər ölkənin əmək resursları kəskin şəkildə azalmağa başlayacaq.

Son xəbərlər
Digər xəbərlər