7 C
Baku
Sunday, December 15, 2024

Dünya iqtisadiyyatı ultra varlıların fırıldağına görə $500 mlrd. itirəcək

“State of Tax Justice 2021” araşdırmasına görə, dünya iqtisadiyyatı 2021-ci ilin sonuna qədər ultra varlıların fırıldağı səbəbindən 483 milyard dollar itirəcək.

Banker.az xəbər verir ki, məruzəni “Tax Justice Network” və “Public Services International” dərc edib.

Göstərilən məlumatlara görə, keçən il itkilər 427 milyard dollardan 483 milyard dollara yüksəlib. Qeyd olunur ki, bu məbləğin 40%-ə qədəri Böyük Britaniyanın payına düşür.

Tədqiqatda çoxmilli korporasiyaların hesabatları və hökumətlər tərəfindən toplanan məlumatlar əsasında hesablanıb. Qlobal vergi itkilərinin 78%-nə görə varlı ölkələr cavabdehdir, bu səbəbdən beynəlxalq vergi qaydalarının müəyyən edilməsi 38 ölkənin daxil olduğu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına həvalə edilib.

Bu, 140-a yaxın ölkənin korporasiyalar üçün minimum qlobal vergi dərəcəsinin 15% olması barədə razılığa gəlməsindən sonra baş verib. “State of Tax Justice 2021” hesabatında bildirilir ki, itirilmiş vergilərin yalnız bir hissəsinin geri qaytarılması gözlənilir.

“Daha bir pandemiya ili və dünyanın ən varlı transmilli korporasiyaları və fiziki şəxsləri tərəfindən oğurlanan yarım trilyon dollar. Vergi bərabərsizliklə mübarizədə bizim ən güclü alətimizə çevrilə bilərdi, lakın bunun yerinə dünyanın ən varlı insanları üçün tamamilə lazımsız hala gəlib”, – deyə “TJN”in icraçı direktoru Aleks Kobhem açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər