Dünya ölkələri arasında iqtisadi, maliyyə və sosial münasibətlər inkişaf etməkdədir. Xüsusilə İkinci Dünya Müharibəsindən sonra dünyada bloklaşmalar ortaya çıxmış, beynəlxalq münasibətlər sürətlənmiş və beynəlxalq maliyyə təşkilatları qurulmağa başlamışdır. Bundan sonra inkişaf etməkdə olan ölkələrin inkişafının maliyyələşdirilməsini saxlaya bilmək üçün xarici borc və xarici yardım təşkilatları meydana çıxmışdır.
İstər beynəlxalq, istərsə də regional miqyasda fəaliyyət göstərən maliyyə təşkilatlarının ortaq məqsədləri aşağıdakılardır:
-Beynəlxalq mal alış-verişinə dair çətinlikləri aradan qaldırmaq və beynəlxalq inkişafı təşviq etmək;
-İnkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafını dəstəkləmək;
-İqtisadi birləşmə, sərbəst ticarət və iş birliyi münasibətlərini inkişaf etdirmək və sıx iqtisadi iş birliyini stimullaşdırmaq.
Quruluşu və sərmayəsinə birdən çox ölkənin qatıldığı maliyyə fəaliyyətlərində birdən çox ölkənin faydalandığı quruluşlara beynəlxalq maliyyə təşkilatları deyilir. Hal-hazırda fəaliyyət göstərən beynəlxalq maliyyə təşkilatlarının hamısı ikinci dünya müharibəsidən sonra qurulmuşdur.Yaranma tarixinə görə öncə “ Bretton Vuds əkizləri ” adlandırılanBeynəlxalq Valyuta Fondu (BVF) və Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı qurulmuşdur.
Mövcud beynəlxalq maliyyə quruluşlarının çalışma sahələri çox çeşidlidir. Fəaliyyət sahələrinə görə bu təşkilatlar aşağıdakı şəkildə qruplaşdırılır:
-Avropa Kömür-Polad Birliyi;
-Avropa Pul Fondu;
-Avropa İnvestisiya Bankı;
-Avropa Valyuta Əməkdaşlıq Fondu;
-Avropa Kənd Təsərrüfatı zəmanət və istiqamət fondu;
Beynəlxalq maliyyə təşkilatları:
-Beynəlxalq Pul Fondu ;
-Beynəlxalq finans Qurumu;
-Beynəlxalq İnkişaf Birliyi;
-Birləşmiş Millətlər İnkişaf problemi;
-Çoxtərəfli investisiya zəmanəti agentliyi;
-İnvestisiya məsələlərinin araşdırılması üzrə beynəlxlq mərkəz;
Digər regional maliyyə təşkilatları:
-Asiya İnkişaf Bankı ;
-Afrika İnkişaf Bankı;
-İslam İnkişaf Bankı;
-Kariblər İnkişaf Bankı;
-Orta Amerika İqtisadi İnteqrasiya Bankı;
-Ərəb Pul Fondu;
-Avropa Yenidənqurma və İnkişaf Bankı.
Beynəlxalq maliyyə qurumları ya qısa və orta müddətli valyuta kreditləri, ya da uzun müddətli investisiya kreditləri açırlar.
Qısa və orta müddətli valyuta krediti saxlayan quruluşların maliyyə yardımları üzv ölkələrə, tədiyyə balansındakı müvəqqəti çətinlikləri aradan götürmək üçün verilir. İnvestisiya layihələrinin maliyyələşdirilməsi üçün ayrılan fondlar uzunmüddətli kredit verirlər.
Beynəlxalq kredit təşkilatları hüquqi durumuna görə aşağıdakı şəkildə qruplaşdırlır:
Hüquqi cəhətdən müstəqil olmayan maliyyə təşkilatları:
-Avropa Kömür-Polad birliyi;
-Avropa Birliyi İnkişaf Fondu;
-Birləşmiş Millətlər İnkişaf Proqramı.
Hüquqi müstəqilliyi olan maliyyə təşkilatları:
-Avropa İnvestisiya Bankı;
-Avropa Parlamentinin Qaçqınlar Fondu;
-Asiya, Afrika və İslam İnkişaf Bankları;
-Kariblər İnkişaf Bankı;
-Orta Amerika İqtisadi İnteqrasiya Bankı;
-Ərəb Pul Fondu;
-Avropa Yenidənqurma və İnkişaf Bankı;
-Beynəlxalq Valyuta Fondu;
-Dünya Bankı;
-Beynəlxalq Maliyyə Qurumu;
-Beynəlxalq İnkişaf Birliyi;
-Avropa Yenidənqurma və İnkişaf Bankı;
-Çoxtərəfli İnvestisiya Zəmanət Agentliyi.
Üzv ölkələr sərmayəni artırmaq istədikləri halda yenidən səhm buraxır.Bundan başqa,bank sərmayə bazarlarından əlavə kredit ehtiyatları da cəlb edir.
Beynəlxalq maliyyə təşkilatlarını fond və bank ayırmasına görə aşağıdakı kimi qruplaşdırılır:
Fond xarakterli maliyyə təşkilatları:
-Beynəlxalq Pul Fondu;
-Avropa Birliyi İnkişaf Fondu;
-Beynəlxalq İnkişaf Birliyi;
-Birləşmiş Millətlər İnkişaf Proqramı;
-Ərəb Pul Fondu ;
-Avropa İnvestisiya Fondu;
-Asiya İnkişaf Fondu;
Bank xarakterli maliyyə təşkilatları:
-Avropa Kömür-Polad Birliyi;
-Avropa İnvestisiya Bankı ;
-Avropa Parlamentinin Qaçqınlar Fondu;
-Asiya, Afrika və İslam İnkişaf bankları;
-Dünya Bankı;
-Kariblər İnkişaf Bankı;
-Beynəlxalq Maliyyə Təşkilatı;
-Avropa Yenidənqurma və İnkişaf Bankı.
Fond xarakterli qurumların sərbəst hərəkət edə biləcəkləri maliyyə sənədləri qəti olaraq təsbit edilmişdir.