Angela Merkel — Audi A8
Qiymət: 160 500 avro (Audi A8L W12 istehsal versiyası); sifarişlə zirehli versiyası yaradılıb
Dünyanın ən nüfuzlu qadınlarından biri alman kansleri iqtisadi, siyasi məsələlərlə yanaşı şəxsi həyatına da böyük diqqət ayıran bir şəxsiyyət kimi məşhurdur. Angela Merkel çoxotaqlı bir mənzildə yaşayır və bir çox tədbirlərdə eyni libas ilə görünməkdən də qətiyyən utanc hissi keçirmir. Onun istifadə etdiyi xidmət avtomobilinə gəldikdə isə o, onun üçün xüsusi hazırlanmış hər hansı limuzindən deyil, alman şirkəti Audi-nin bir avtomobilindən istifadə edir. Məlumdur ki, Audi A8L zirehli versiyası sərnişini istənilən güllə zərbəsindən qorumağa qadirdir. Bundan əlavə avtomobil daxildən də lüks formada düzəldilmişdir.
Fransua Olland — Citroen DS5
Qiymət: 40 200 avro (hibrid versiyası)
Fransa prezidenti xidmət avtomobili olaraq Citroen DS5-i seçib. Məhz bu avtomobillə 15 mayda o öz andiçmə mərasiminə gəlmişdi. O bu vəzifəyə keçdikdə limuzindən imtina etmişdi. O öz sürücülərinə yol hərəkəti qaydalarına riayət etməyi və işıqforun qırmızı işığında mütləq dayanmağı tapşırıb.
Giorgio Napolitano — Lancia Thema
Qiymət: 39 900 avro
İtaliya prezidenti italyan istehsalına sadiq qalaraq tünd-mavi rəngdə Lancia Thema avtomobilindən istifadə edir. İtaliya prezidentləri artıq neçə illərdir ki, Lancia markalı avtomobillərdən istifadə edirlər. Ölkə prezidentləri andiçmə mərasimlərinə Lancia Flaminia avtomobilləri ilə gəlirdilər.
Dilma Russeff — Rolls-Royce Silver Wraith, 1952-ci il buraxılışı
Braziliyanın ilk qadın prezidentinin qarajında iki xidmət avtomobili var. Vacib rəsmi səfərlər üçün o dəbdəbəli Rolls-Royce Silver Wraith avtomobilini, gündəlik səfərlər üçün isə o zirehli Ford Fusion Hybrid avtomobilini istifadə edir. Məhz 1952-ci il buraxılışlı Rolls-Royce Silver Wraith avtomobili ilə o öz and içmə mərasiminə gəlmişdi.
David Cameron — Jaguar XJ Sentinel
Qiymət: 110 000 dollar (baza versiyası), sifarişlə yaradılmış zirehli versiyası
Artıq bir neçə onillikdir ki, Böyük Britaniya baş nazirləri xidmət avtomobilləri qismində Jaguar avtomobillərindən istifadə edirlər. Bu ənənə Marqaret
Tetçer ilə başlanmışdır. Nazirlər Kabinetinin cari rəhbərinin də qarajında tünd-mavi rəngdə Jaguar XJ Sentinel avtomobili var.
Xi Jinping — FAW Hong Qi HQE
Qiymət: müxtəlif məlumatlara görə, 600 000 dollardan 1,2 milyon dollara qədər (dəqiq dəyəri açıqlanmır)
Yerli istehsala olan tələbatı artırmaq üçün Çin rəhbərliyi ölkədə qiyməti 28 500 dollardan baha xarici markalı avtomobillərin istifadəsi qadağan olunub. Ümumilikdə, Çin rəhbəri də ondan öncəki prezident kimi yerli avtomobildən istifadə edir.
Roma Papası XVI Benedikt— Renault Kangoo Maxi Z.E.
Qiymət: 15 600 avro (baza versiyası)
Katolik kilsəsinin və Vatikan hökumətinin rəhbəri XVI Benedikt üzərində “papamobil” adı yazılmış avtomobillərdən istifadə edirdi. Bu yaxınlarda Roma Papasının qarajında yeni ağ rəngli elektrikli Renault Kangoo Maxi Z.E avtomobili peyda oldu və o xidmət avtomobili qismində bu avtomobildən istifadə edir.
Esixiko Noda — Toyota Century
Yaponiya dünyada avtomobil istehsalı üzrə aparıcı ölkələrdən biridir və təəccüblü hal deyil ki, ölkənin baş naziri yerli istehsalın məhsulu olan avtomobillərdən istifadə edir. Esixiko Nodanın qarajında iki xidmət avtomobili var: bunlardan biri Toyota Century, digəri isə Lexus LS 600h L-dir.
Barak Obama — Cadillac One
ABŞ-ın hazır ki prezidenti Barak Obama xidmət avtomobili olaraq dəbdəbəli limuzin Cadillac One-dan istifadə edir. O öz xidmət avtomobilini “Təkərlər üzərində oval kabinet” adlandırır. Maşının texniki təhlükəsizlik xüsusiyyətləri olmasa da, Cadillac One elə bir dəmir zirehə malikdir ki, bunun sayəsində sərnişini əl bombalarının, qaz bombalarının təsirindən qorumaq mümkündür. Avtomobilin salonunda isə kiminləsə əlaqə yaratmaq üçün hər bir vasitə mövcuddur və hətta burada ehtiyat qan da saxlanılır.
Vladimir Putin — Mercedes Pullman
Qiymət: təxminən 1 milyon dollar
90-cı illərin ortalarında rusiyalı prezidentlər zirehli Mercedes Pullman avtomobillərinə üstünlük verirdilər. Putin də istisnalıq etmədi. Onun xidmət avtomobili Mercedes Pullman S600 Guard 6 metr uzunluğundadır və maşının zirehi sərnişini əl və qaz bombalarından müdafiə edir. Bu avtomobili də təkərlər üzərində rahat ofis adlandırmaq mümkündür.