25 C
Baku
Saturday, July 27, 2024

Dünya Limanlar Konfransı koronavirusa görə ləğv edildi

Beynəlxalq Limanlar Assosiasiyasının martın 17-19-da Belçikanın Şimali Antverpen şəhərində keçirilməsi nəzərdə tutulan Dünya Limanlar Konfransı koronavirusa görə ləğv edilib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Assosiasiyanın prezidenti Santiaqo Qarsiyanın yaydığı bəyanatda qeyd edilib.

“Konfransı ləğv etdiyimiz üçün təəssüf hissi keçiririk. Ancaq biz konfransda iştirakı nəzərdə tutulan iştirakçıların sağlamlığını nəzərə alaraq bu qərara birgə gəlmişik. Dünya Limanlar Konfransını bu il çərçivəsində başqa bir tarixdə keçirilib-keçirilməməsi ilə bağlı elan verəcəyik”, – o qeyd edib.

Builki konfransda şəffaflıq, proqnozlaşdırma və etibarlılıq mövzularına diqqət çəkilməsi nəzərdə tutulurdu.

Xatırladaq ki, Beynəlxalq Limanlar Assosiasiyası mənzil qərargahı Yaponiyanın paytaxtı Tokioda yerləşir, qurum 90 ölkənin təqribən 180 limanı ilə əlaqəsi olan 140 müəssisəni təmsil edir. Təşkilatın üzvləri dünya dəniz ticarətinin 60%-dən çoxunu həyata keçirir, beynəlxalq konteyner marşrutlarının 80%-nə nəzarət edirlər.

Dünya Limanlar Konfransı 2018-ci il mayın 9-10-da Bakıda da keçirilib.

Son xəbərlər
Digər xəbərlər