33 C
Baku
Monday, June 17, 2024

Dünya mərkəzi bankları 2022-ci ildə rekord 700 ton qızıl alıb

Dünyanın mərkəzi bankları ilin üçüncü rübündə rekord 399.3 ton qızıl alıb ki, bu da ikinci rüblə müqayisədə 115% çoxdur. Bu barədə Ümumdünya Qızıl Şurasının (World Gold Council) çərşənbə axşamı, noyabrın 1-də dərc olunmuş hesabatında deyilir.

Banker.az bu barədə “İz.ru”ya istinadən xəbər verir.

Vurğulanır ki, ən böyük qızıl alıcıları Türkiyə, Özbəkistan və Qətər mərkəzi bankları olub.

“Üçüncü rübdə dünya mərkəzi bankları tərəfindən satınalmaların həcmi demək olar ki, 400 tona yüksəlib (əvvəlki rüblə müqayisədə +115%). Bu, 2000-ci ildən bəri bu sektorda tələbin ən böyük artımıdır”, – deyə hesabatda qeyd olunub.

Eyni zamanda, iyulda Rusiyadan Çinə qızıl ixracı 108.8 milyon dollara çatıb ki, bu da iyun ayı ilə müqayisədə 8.6 dəfə, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 50 dəfə çoxdur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər