10 C
Baku
Friday, December 13, 2024

Dünya mərkəzi bankları fevralda 19 ton qızıl alıb

Dünya Qızıl Şurasının (WGC) ilkin hesablamalarına görə, fevral ayında dünya mərkəzi bankları qızıl-valyuta ehtiyatları üçün 19.1 ton qızıl alıb, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Bu, yanvarın yenilənmiş nəticələrindən (45.4 ton) 2.4 dəfə azdır və bununla belə, artım ardıcıl olaraq doqquz ay davam edir.

Fevralda Çin ehtiyat üçün 12.1 ton, Hindistan isə 5.6 ton qızıl alıb. Həmçinin iri alıcılar arasında Qazaxıstan (5.8 ton), Türkiyə (4.2 ton) və Sinqapur (2.1 ton), Çexiya, Qətər və Qırğızıstan (hər biri 1-2 ton) var.

Fevralda ən çox qızıl satan ölkə Özbəkistan (11.8 ton) olub. Həmçinin əhəmiyyətli həcm (3.9 ton) İordaniya Mərkəzi Bankı tərəfindən satılıb.

Son xəbərlər
Digər xəbərlər