8 C
Baku
Wednesday, December 4, 2024

Dünya mərkəzi bankları qızıl alışını rekord həddə çatdırıb

Ümumdünya Qızıl Şurası məlumatına görə, bütün dünya üzrə mərkəzi banklar oktyabr ayında ümumilikdə 60 ton qızıl alıb ki, bu da bu ilin ən yüksək göstəricisidir.

Qiymətli metalın alışında liderlər Hindistan Mərkəzi Bankı olub (27 ton), ikinci yerdə Türkiyə Mərkəzi Bankı (17 ton), üçüncü yerdə isə Polşa Mərkəzi Bankı qərarlaşıb (8 ton). Oktyabrın sonunda qlobal alışların 60%-ni bu üç mərkəzi bank həyata keçirib.

Metal qiymətlərinin davamlı artması fonunda mərkəzi banklar qızıl ehtiyatlarını daim artırır. Oktyabr ayında Kabo-Verde, Almaniya, Monqolustan, İordaniya, Sinqapur, Qazaxıstan, Tailand və Filippin istisna olmaqla, demək olar ki, bütün dünya mərkəzi bankları alışları artırıb.

Son xəbərlər
Digər xəbərlər