Yanvar ayında Ümumdünya Qızıl Şurasının (WGC) ilkin hesablamalarına görə, qlobal mərkəzi banklar qızıl-valyuta ehtiyatlarında qızılın həcmini 18.5 ton artırıblar.
Məlumata görə, inkişaf etməkdə olan bazarların mərkəzi bankları ən aktiv alıcılar olaraq qalır. Yanvarda ilk 3-lüyə Özbəkistan (8.1 ton alınıb), Çin (5 ton) və Qazaxıstan (3.8 ton) daxil olub.
Polşa (3.1 ton), Hindistan (2.8 ton), Çexiya (1.7 ton), Qətər (1.3 ton) və başqaları da ehtiyatlarını artırmaqda davam edir. Yanvarda Rusiya (3.1 ton), İordaniya (3 ton) və Qırğızıstan (1.9 ton) qızıl ehtiyatlarını azaldıb.
“Solidcore Resources plc” 2025-ci ildə qızıl ekvivalenti hasilatının 470 000 unsiya olacağını gözləyir.