2 C
Baku
Sunday, December 15, 2024

Dünya milyarderlərinin sayı artmaqdadır

Dünya iqtisadiyyatı durğunluq yaşadığı müddətdə varlılar daha da varlanmağa davam edir. Boston Consulting group şirkətinin araşdırmasına əsasən, keçən il dünyada yeni 2,6 milyon yeni milyoner ailə peyda olmuşdur. Hazırda isə dünyada milyonerlərin sayı 19% artmış və 16,3 milyon nəfər təşkil etmişdir. Ekspertlərin fikrincə bu say gələcəkdə hələr artmaqda davam edəcək. Bəs milyarderlərinin sayına görə hansı ölkələr liderdir?

ABŞ

ABŞ əhali başına düşən milyarderlərin sayına görə reytinqə liderlik edir və burada milyonerlərin sayı 7,135 milyon nəfərdir.

Çin

Çin hələ ki, milyonerlər ailələrin həcminə görə ABŞ-dan əhəmiyyətli dərəcədə geri qalır. Lakin bununla yanaşı, 1 il ərzində bu ölkədə milyonerlərin sayı 62% artmışdır.

Yaponiya

Yaponiyada milyoner ailələrin sayı artmaq əvəzinə 300 min nəfər azalmış və 1,2 milyon nəfər təşkil etmişdir.

Rusiya

ÜDM-un artımının əhəmiyyətli dərəcədə azalmasına baxmayaraq, Rusiyada milyoner ailələrin sayı artmışdır. 2012-ci ildə bu ölkədəki varlı ev təsərrüfatçılarının ümumi sayı 180 idisə, keçən ilin sonunda bu göstərici 213-ə bərabər idi.

Qeyd edək ki, Boston Consulting Group öz araşdırması zamanı varlı milyoner ailələrinə məxsus olan qiymətli əşyaları, yalnız yüksək likvidli aktivləri hesaba almışdır. Daşınmaz əmlak, özəl müəssisələrdəki pay, incəsənət nümunələri və digər elit məhsullar siyahıya alınmamışdır.

Son xəbərlər
Digər xəbərlər