19 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Dünya ölkələrinin aviadaşımaları böhrandan əvvəlki vəziyyətə qayıdır

Koronavirus pandemiyasının yayılması nəticəsində beynəlxalq uçuşların dayandırılması, aviadaşımalar sənayesinin çökməsinə gətirib çıxarıb. Qeyd edək ki, koronavirus məhdudiyyətlərinin tətbiqindən əvvəl gündə 181 minədək uçuş həyata keçirilirdi. Hazırda bu göstərici 118 min təşkil edir ki, bu da aviadaşımalar sənayesinin təxminən 65% bərpa olduğunu göstərir.

Banker.az bu barədə “Rbc.ru”ya istinadən xəbər verir.

Aprel ayında minimum olaraq 64 min uçuş həyata keçirilib, may ayında isə dünya aviasiyası 93 min uçuş qiymətinə çatmışdır. “Flightradar” ın verdiyi məlumata görə, iyunun ortalarında gündə 118,9 min üçün həyata keçirilib (yanvarın 18-i bu göstərici 161 min olub), xüsusilə kommersiya məqsədli uçuşları (hökumət, hərbi və humanitar uçuşları çıxmaq şərti ilə) qeyd etmək lazımdır – 46,4 min.

Ekspertlərin fikrincə, uçuşların artması daxili reyslərin hesabına baş verir. Xatırladaq ki, iyunda bir sıra ölkələr beynəlxalq uçuşları bərpa etməyə başladı. Onlar sırasında Ukrayna və Misir daxildir. Avropa Komissiyası bu təşəbbüsə şübhə ilə yanaşır və Avropa ölkələrinə sərhədləri iyulun 1-dən sonra açmağı tövsiyə edir.

Bildirildiyi kimi, Rusiya sərhədlərini iyul ayında açan ölkələrdən biri olacaqdır. İlk növbədə Avropa, Çin və Cənubi Koreya arasındakı uçuşlar bərpa olunacaq.

Son xəbərlər
Oxşar xəbərlər