21 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Dünya ölkələrinin müdafiə xərcləri 1,9 trilyon dollara çatıb

Screen Shot 2021 09 02 at 14.34.20

Dünya ölkələrinin müdafiə xərcləri 2020-ci ildə 1,9 faiz artaraq 1,9 trilyon ABŞ dollarına çatıb.

Bu barədə “Jane’s” Təhlil İnformasiya Mərkəzinin hesabatında qeyd olunub.

Hesabata görə, son 10 ildə müdafiə xərcləri üçün ayrılan vəsaitin miqdarı 180 milyard ABŞ dolları həcmində artıb. Belə ki, 2010-ci ildə bu rəqəm 1, 75 trilyon ABŞ dolları təşkil edib.

Mərkəzin eksperti Endryu Makdonald bildirib ki, yeni növ koronavirus infeksiyasının yaratdığı iqtisadi tənəzzül müdafiə xərclərinin azalmasına gətirib çıxaracaq:

“Çox güman ki, Avropa, Asiya-Sakit Okean və Latın Amerikası ölkələri 2021-ci ildə müdafiə xərclərini azaldacaqlar. Sonradan dünya ölkələrinin müdafiə xərclərinin artımı davam edəcək və 2030-cu ilədək bu rəqəm 2,23 trilyon ABŞ dollarına çata bilər”.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:Report
Son xəbərlər
360 380
Oxşar xəbərlər