6 C
Baku
Monday, December 16, 2024

Dünya ölkələri necə qənaət edir?

Hər bir ölkə özünəməxsus adət-ənənələrə sahib olduğu kimi, xərclərin təşkil edilməsi və qənaət üçün də bir sıra özünəməxsus xüsusiyyətlərə sahibdirlər.

Yaponiya

Yaponiya sakinləri mütəmadi olaraq yaşanan iqtisadi tənəzzüldən sonra demək olar ki, hər şeydə qənaət etməyi öyrənmişlər. Hətta bu məqsədlər üçün xüsusi texnologiyalar da yaradılmışdır. Məsələn, bu yaxınlarda Yaponiyada suyu hava ilə təmin edən TOTO məhsulu yaradıldı. Yaponların ixtirası nəinki suya, hətta enerjiyə də qənaət edir. TOTO yaradıcılarının hesablamalarına görə, bu məhsul 4 nəfərdən ibarət ailə üçün su və qaza 180 dollar qənaət etməyə imkan verir.

Fransa

Qənaətcil fransızlar hədiyyələrə pul sərf etməyi sevmirlər. Bundan əlavə, onlar artıq istifadə olunmuş, belə desək ikinci əl hədiyyələri uğurla satmağı öyrənmişlər. Bir dəfə Opinionway şirkəti araşdırma aparmış və belə aşkar etmişdir ki, fransızların 52%-i özlərinin Yeni il hədiyyələrini satmışdır.

Bundan əlavə, onlar ailə büdcəsinə qənaət etmək üçün avtomobillərdən ortaq istifadə edirlər. Onlar əvvəlcədən kimlərin hansı istiqamətə gedəcəyini təyin edir və uyğun gələn şəxslərlə “yol yoldaşı” olurlar.

Almaniya

Almanlar Avropanın ən qənaətcil sakinlərindən biridirlər. Məsələn, qış fəslində alman evlərində kifayət qədər sərindir. Burada qonaq otağının temperaturu 20 dərəcə olduğu halda, yataq otağında bu göstərici 16, yaxud 14 dərəcə təşkil edir.

Almanların ən çox pul xərclədikləri məhsul geyimdir. Belə ki, onlar illərlə eyni geyimi geyinə və bundan zərrə qədər narahat olmaya bilər. İstifadə etdikləri əşyadan bezdikdə isə onu hər hansı xeyriyyə fonduna bağışlayırlar.

İngiltərə

İngilislər elektrik cərəyanına qənaət etmək məqsədilə evdə heç kəs olmadıqda qapı zəngini söndürürlər. Suya qənaət etmək üçün isə duş qəbul edərkən sabun köpüyünü su ilə deyil, dəsmal ilə silməyə üstünlük verirlər. İngiltərə istifadə olunmuş məhsulların satışını həyata keçirən internet-mağazalar da böyük populyarlıqla istifadə olunur.

Misir

Misirə səyahət edənlər yəqin ki, burada evlərin damlarının olmadığını nəzərdən keçirib. Belə məlum olur ki, damı olmayan ev tam tikili hesab edilmir və deməli, şəhərin daşınmaz əmlak üçün nəzərdə tutduğu vergini ödəmək lazım deyil. Şəhərin isti və nadir yağışlı havası bunu etməyə imkan verir.

ABŞ

Amerikalılar üçün qənaət etmək bir növ xobbi, idman növü və azartdır. Onlar demək olar ki, daima daha az pul xərcləməyə, bir-biriləri ilə nəyisə bölüşməyə, haradan daha ucuz məhsul ala biləcəklərini araşdırmağa vərdiş ediblər. Amerikada məişət xərclərini ödəmək kifayət qədər baha olduğundan hər ay amerikalılar evlərinin otaqlarını əcnəbi tələbələrə kirayə verirlər.

Amerikalılar şəxsi avtomobildən istifadəyə görə ən fəal sakinlərdən olsalar da, şəxsi nəqliyyat vasitələrində qənaət etməyə üstünlük verirlər. Məsələn, 1 avtomobildən 10 illərlə istifadə edirlər.

Son xəbərlər
Digər xəbərlər