12 C
Baku
Thursday, November 14, 2024

Dünya ölkələri sərt pul siyasətinə keçib

İnkişaf etməkdə olan ölkələrdən sonra inkişaf etmiş ölkələr də sərt monetar siyasət rejiminin tətbiqinə başlayıb. İnkişaf etməkdə olan ölkələrin əksəriyyəti uçot dərəcəsini artıraraq və likvidliyi azaldaraq pul siyasətini sərtləşdirib. Bu ölkələr lazım gələrsə bu tendensiyanı davam etdirəcək. Yaranan vəziyyət bu ölkələrin milli valyutalarında devalvasiyaların qarşısını alsa da, iqtisadi artım tempini azaldır və işsizliyin artmasına gətirib çıxarır. Nəticədə, iqtisadi fəallıq aşağı düşür ki, bu da dünya məcmu ticarət həcminin geriləməsinə gətirib çıxara bilər.

Qeyd edək ki, Azərbaycanın ticarət partnyoru olan ölkələrdən Türkiyənin Mərkəzi Bankı (TCMB) yanvarın 24-də keçirdiyi iclasda hələlik uçot dərəcəsini artırmasa da, digər faiz alətlərinin dərəcəsini artırıb. Bununla yanaşı o, maliyyə bazarına verdiyi türk lirəsi likvidliyinin həcmini azaldıb. Digər ticarət partnyoru olan Rusiya isə milli valyutasının məzənnəsində sabitləşmənin həyata keçməsinə baxmayaraq, uçot dərəcəsini 10% həddində qoruyub saxlayır.

“Report”un analitik qrupu bildirir ki, monetar sərtləşdirmə inkişaf etmiş ölkələrdə isə iqtisadi artımın sürətlənməsi nəticəsində inflyasiyanın qarşısını almaq, sürəti bir qədər azaltmaq üçün baş verir. Belə ki, ABŞ-da uçot dərəcəsinin artırılması əmək bazarının soyudulması, iqtisadi artımın əvvəlcədən nəzarətə götürülməsi səbəbindən baş verir. Yaxın 1-2 ildə Avrozona, Britaniya və Yaponiya kimi aşağı uçot dərəcəsinə sahib olan bölgələrdə də bu tendensiyanın davam etməsi gözlənilir. Bu da öz növbəsində inkişaf etməkdə olan ölkələrdə onsuz da yaranan likvidlik və investisiya problemini bir qədər də artıracaq və kapital inkişaf etmiş ölkələrə axacaq. Prosesin yaxın 10-12 il ərzində davam etməsi gözlənilir. Məhz bu dövr ərzində inkişaf etmiş ölkələrə axan kapitalın qısamüddətli və portfel yatırımları olacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər