Dünya ölkələrinin hərbi xərcləri artıb

Dünya problemlərinin araşdırılması üzrə beynəlxalq institut olan SIPRI-nin hesabatına əsasən, dünya ölkələrinin hərbi xərcləri 1686 milyard dollara çatıb. Artım 2015-ci il ilə müqayisədə 0,4% təşkil edir.

Banker.az saytı xəbər verir ki, ABŞ illik ən yüksək hərbi xərclərinə görə lider ölkə olaraq qalır. 2016-cı ildə ABŞ-ın xərcləri 1,7% artıb və 611 milyard dollar təşkil edib.

Hərbi xərcləri 5,4% artan və 215 milyard dollar təşkil edən Çin reytinqin ikinci pilləsində yer alıb. Rusiya isə hərbi xərclərini 5,9%, yəni 69,2 milyard dollara qədər artırıb və üçüncü pillədə qərarlaşıb. Bundan əlavə, dördüncü pillədə Səudiyyə Ərəbistanı, beşinci pillədə isə Hindistan yer alıb.

 

Son xəbərlər
Digər xəbərlər