7 C
Baku
Sunday, December 15, 2024

Dünya otelləri haqqında maraqlı faktlar

Bir çoxlarımız həyatımız boyu müxtəlif otellərdə qalmalı oluruq və bizi bu zaman təbii ki, ilk növbədə otelin rahatlığı və səliqəliyi maraqlandırır.

Lakin bildiyimiz kimi hər bir otel özünəməxsus  maraqlı tarixçəyə sahibdir. Məsələn, Londonun yaxınlığında təkərlər üzərində kiçik bir otel yerləşir və bu otel çox adi bir furqondan ibarətdir.

O daim sizin istədiyiniz yerə gələcək və öz müştərisinə maksimum rahatlıq təşkil edəcək. Bu təkərli otelin rahatlığı təmin etmək üçün hər bir şeyi – administrator, xidmətçi, öz aşbazı və ofisiantı ilə birgə restoranı da var.

Dubayda yerləşən Burc-əl-Ərəb oteli isə öz hündürlüyü və qeyri-adi memarlığı ilə diqqəti cəlb edir. Bu otel dünyanın ən hündür oteli elan edilib və görünüşcə hər hansısa kosmik obyekti və ya yelkəni xatırladır. Qeyd edək ki, otel 22 karatlıq xalis qızılla bəzədilib.

Fərqli hisslər yaşamaq istəyirsinizsə İsveçdə hər il yenidən bərpa olunan Jukkasjärvi otelinə səfər etməlisiniz. Burada əsl hamam, kiçik hovuzda çimmək, buzlu bar, ovçuluq və balıq tutmaq müştərilərin xidmətinə verilir. Burada nömrə sifariş vermək üçün isə yaxşı olardı ki, əvvəlcədən, hətta, otelin inşasından öncə müraciət edəsiniz.

Yox əgər olduğunuz otel nömrəsindən birbaşa olaraq Afrikanın vəhşi təbiətinə düşmək istəyirsinizsə Tanzaniyada ən yaxşı Singita Grumeti Spa otelini ziyarət etməlisiniz. Buranı ziyarətə gələnlər ətrafda gəzən zürafələrdən, antiloplardan və zebralardan zövq alırlar.

Əsl şah dəbdəbəsini və möhtəşəmliyini Hindistanın Oberoi Udaivilas oteli təklif edir. Bu otel hind raclarının sarayının oxşarıdır. Pavilyonların zəriflik və gözəlliyi tək otelin müştərilərinə deyil, bütün turistlərə zövq verir.

Taylandın Mandarin Oriental otelində də şərq nağıllarının sehrinə qapılmaq mümkündür. Təklif etdiyi ekzotik proseduralar və SPA salonları ilə dünyanın ən yaxşılarından biri seçilmişdir.

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.