Banker.az saytının CNBC-ə istinadən verdiyi xəbərə görə, dünya üzrə reklam xərclərinin 20%-i Google və Facebook şirkətinə məxsusdur. Bu haqda məlumat isə, Zenith agentliyinin versiyasına əsasən təşkil edilmiş Top-30 dünya media sahibləri reytinqində yer alıb.
Belə ki, Alphabet şirkəti (Google şirkətinə məxsusdur) reklamdan 79,4 milyard dollar qazanıb. Facebook şirkətinin reklam gəlirləri isə 26,9 milyard dollar təşkil edib. Reytinqin üçüncü pilləsinin sahibi isə reklamdan 12,9 milyard dollar gəlir əldə edən Comcast şirkətidir.
Zenith agentliyi qeyd edir ki, amerikalı şirkətlər reytinqdə lider statusuna malikdirlər. Buna səbəb isə isə dünyanın ən nəhəng reklam bazarının məhz ABŞ-da olmasıdır. Bununla yanaşı, Top-30-a Walt Disney Company, Viacom, iHeartMedia və Verizon (Yahoo-nu əldə edən şirkət) şirkətləri də daxil olub. Twitter isə reytinqin 30-cu pilləsində yer alıb. 2012-2016-cı illər ərzində şirkətin reklamdan əldə etdiyi gəlir 734% artıb.