20 C
Baku
Saturday, September 28, 2024

Dünya sərvətinin yarıdan çoxu 81 milyarderə məxsusdur – Araşdırma

“Oxfam” xeyriyyə təşkilatının hesablamalarına görə, 81 milyarderin sərvəti dünya sərvətinin yarısından çoxdur. Belə ki, dünyanın ən varlı adamlarının (dünya əhalisinin 1%-i) sərvəti qlobal sərvətin 45.6%-nə sahibdir.

Hesabata görə, 2020-ci ildə pandemiyanın başlamasından bəri milyarderlərin sərvəti gündə 2.7 milyard dollar artıb. Analitiklər bu onilliyi dünyanın ən varlı insanları üçün maliyyə bumu adlandırırlar.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

“Oxfam”ın vurğuladığı kimi, 2020-ci ildən bəri dünyanın ən varlı adamları sərvətlərini 26 trilyon dollar artırıblar. Təşkilat qeyd edir ki, bir çox milyarderin sərvətləri, o cümlədən qida sənayesi və energetikadan əldə edilən gəlirlərin kəskin artması hesabına yüksəlib.

Hesabat müəllifləri multimilyonçu və milyarderlərin gəlirlərinə 5%-ə qədər vergi tətbiq etməyi təklif edirlər. Tədqiqatçılar hesab edirlər ki, bu, ildə təxminən 1.7 trilyon dollar gəlir gətirəcək. Onların fikrincə, dünyanın ən varlı adamlarının vergiyə cəlb edilməsi bir sıra qlobal böhranların qarşısını ala bilər.

“Oxfam” – 90 ölkədə, o cümlədən Böyük Britaniya, İrlandiya, Kanada, ABŞ, Avstraliyada 17-dən çox təşkilatı özündə birləşdirən beynəlxalq assosiasiyadır. Təşkilatın fəaliyyəti yoxsulluqla mübarizəyə yönəlib. Digər məsələlərlə yanaşı, “Oxfam” beynəlxalq maliyyə təşkilatında islahatlar aparmağa və ədalətli ticarət qaydalarını yaratmağa çalışır.

Son xəbərlər
Digər xəbərlər