19 C
Baku
Thursday, April 25, 2024

Dünya startap reytinqində Azərbaycan 84, Gürcüstan 71, Ermənistan isə 57-ci yeri tutublar

Global StartupBlink qurumu 2023-cü il üçün növbəti hesabatını açıqlayıb.

Global Startup Ecosystem Reytinqinə görə Azərbaycan 2023-cü ildə bir pillə irəliləyərək 100 ölkə arasında 84-cü yerdə qərarlaşıb. Bunu Banker.az ekspert Osman Gündüzə istinadən məlumat verir. Qeyd olunan hesabatda Bakı şəhəri isə şəhərlərarası reytinqdə 31 pillə irəliləyib.

Ötən il isə əvvəlki illə müqayisədə Azərbaycan 4 pillə irəliləmişdi, 2021-ci ildə 19 pillə geriləmişdi.

Azərbaycan bu reytinqdə hələ də 3-4 il öncəki vəziyyətini (70-ci yer) bərpa edə bilməyib.

Hesabatdan görsənir ki, artıq iki ildir ki, ASAN StartupBlink qurumu ilə partnyorluq edir. Adı çəkilən Hesabatda da Azərbaycanda ekosistemin inkişafında ASAN -nın xüsusi rolu qeyd edilib.

Adı çəkilən reytinqdə qonşu ölkələrin vəziyyəti bizimlə müqayisədə daha yaxşıdır.

Məsələn, startap ekosistemin inkişafına görə cari ildə Gürcüstan 2 pillə irəliləyərək 71-ci yeri, Ermənistan 3 pillə irəliləməklə 57-ci yeri qazanıblar.

Maraqlıdır ki, müharibə şəraitində olan Ukrayna da bir pillə irəliləyə bilib və reytinqdə bizə nisbətən xeyli öndədir.

Belarus 10 pillə geriləsə də Azərbaycan ilə müqayisədə öndədir.

StartupBlink şirkətinin Global Startup Ecosystem Hesabatı hər il hər bir ölkə üzrə ekosistemin müxtəlif sahələrini xarakterizə edən Kəmiyyət , Keyfiyyət və Biznes Mühiti indeksləri əsasında formalaşır.

Ötən bir il ərzində sektorda ekosistemin inkişafına təkan verəcək bir neçə mühüm addımlar atılıb.

Düşünmək olar ki, son zamanlarda ölkəmizin startap ekosistemində həyata keçirilən bəzi müsbət addımlar bu reytinqdə nəzərə alınmayıb.

Bununla belə, güman ki, qonşu ölkələr, digər ölkələr də “yatmayıblar” və bu sahəyə ciddi yatırımlar edirlər.

Beləliklə, Azərbaycanın reytinqdə 1 pillə irəliləməsi müsbət addım olsa da, qazandığımız mövqe regionda ən aşağı göstəricidir və potensial imkanlarımız baxımından heç bir halda yetərli hesab oluna bilməz.

Screenshot 2023 05 31 110404
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər