8 C
Baku
Monday, December 23, 2024

Dünya Stiven Xokinq sayəsində məhz nələri bildi

1. Keçmiş -ehtimaldır
Xokinqin sözlərinə əsasən, kvant mekxanikası nəzəriyyəsinin nəticələrindən biri də ondan ibarətdir ki, keçmişdə baş verən hərəkətlər hər hansı bir müəyyən tərzdə baş verməmişdir. Bunun əvəzində onlar bütün mümkün üsullarla həyata keçmişlər. Kvant mexanikasına əsasən bu maddnin və enerjinin ehtimallıq xarakteri ilə bağlıdır: kənar müşahidəçi tapılmayana qədər hər şey qeyri müəyyənlik içərisində süzəcək.

Xokinq: « Keçmişlə bağlı, sizin hal-hazırda hansə xatirələri sağlamağınızdan asılı olmayaraq, keçmişdə gələcək kimi qeyri-müəyyəndir və ehtimallar spektri şəklində öz mövcudluğunu davam etdirir».

2. Ümumi nisbilik nəzəriyyəsinin naviqasiya sistemlərinin səhvləri ilə əlaqəsi vardır.

Ümumi nisbilik nəzəriyyəsi 1915-ci ildə Eynşteyn tərəfindən formalaşdırılıb.  Onda qeyd olunur ki, “ qravitasiya effektləri zaman məkanında yerləşən cisim və sahələrin qarşılıqlı güc təsirlərinin nəticəsində deyil, zaman məkanın özünün deformasiyası nəticəsində formalaşır, zaman məkanı xüsusən də enerji kütləsi iştirakı bağlıdır».

Xokinq bu nəzəriyyəni daha da populyar edən bir qüvvə rolunda çıxış etdi. O, iddia edir ki, “Əgər ümumi nisbilik nəzəriyyəsi GPS-peky naviqasiya sistemlərində nəzərə alınmazsa, qlobal pozisiyaların müəyyən edilməsindəki yanlışlıqla  gündə 10 km sürəti ilə yığılmağa başlayacaq. Başa düşmək lazımdır ki, obyekt yerə nə qədər yaxın olsa, zaman bir o qədər asta axır.  Beləliklə yerdən hansı məsafədə olmağından asılı olaraq peyk gəmilərinin göyərtə saatlarının sürəti bir-birindən fərqli olacaq. Əgər bu effekt nəzərə alınsaydı, bi bu fərqi avtomatik kompensasiya edə bilərdik”.

3. Akvarium bağlıqlar yorğun olur

«Təsəvvür edin ki, qabarıq şüşələri olan akvariumda yaşayan balaca balıqsınız. Əgər bütün günü şüşə arxasında təhrif edilmiş görüntüyə baxmalı olursanız və sizin heç cürə çıxmaq şansınız yoxdursa, onda nə edərdinniz, dünya haqqında hansı görüşlərə sahib olardınız? Reallıığın gerçək təbiətini başa düşmək mümkün deyil: biz hesab edirik ki, dünyanı çox səlis təsəvvür edə bilərik, amma metaforik şəkildə ifadə etsək, biz bütün həyatımızı akvariumda yaşamağa məhkumuq. Çünki bizim vücudun imkanları bizə bu akvariumu tərk etməyə icazə vermir» -Xokinq fikir yürüdür.

Bu metaforanın təsirinin gücü sayəsində İtaliyanın Monts şəhərinin qanunvericilik orqanları belə bir qərar qəbul etdilər ki, balıqları dairəvi şüşə akvariumlarda saxlamaq olmaz. Çünki işığın təhrif olunması balıqlara dünyanı olduğu kimi qəbul etməyə əngəl olur.

4. Kvarklar heç zaman tənha olmur.

Kvarklar, proton və neytınların “inşaat blokları”  yalnız qrup halında mövcuddur və heç vaxt tək halda rastlanmır. Kvarkları bağlayan qüvvə onlar arasındakı məsafə artdıqca daha da artır. Belə çıxır ki, əgər bir kvarkı digərindən məcbur ayırmaq istəsəniz, yəni onları bir-birindən nə qədər çox çəkməyə çalışsanız, onlar bir o qədər bir-birinə doğru dartınacaq, Sizin əlinizdən çıxıb geri qayıtmağa çalışacaqlar. Sərbəst kvarklara təbiətdə rast gəlinmir.

5. Kainat özü-özünü yaradıb  

Xokinq qəti ateist idi. O, demək olar ki, bütün həyatını heç bir tanrının mövcud olmadığının və ümumiyyətlə də lazım olmadığını elmi cəhətdən sübut etməyə həsr etmişdir. Onun ən məşhur mülahizələrindən biri belə səslənir: “Qravitasiya adlananq qüvvənin mövculuğunu nəzərə alsaq kainat özü-özünü heçdən yarada bilərdi və elə yaradıb da.  Özü-özünə törəmə (qeyri ixtiyari) yaranma kainatın və elə bizim də mövcudluğumuzun səbəbidir. “Alovu” yandırmaq və Kainatı işə salmaq üçün heç bir  tanrıya gərək yoxdur.

Son xəbərlər
Digər xəbərlər