12 C
Baku
Monday, November 25, 2024

Dünya üzrə 10 ən firəvan ölkə

BCG ekspertləri SEDA-nın illik “Striking a Balance Between Well-Being and Growth: The 2018 Sustainable Economic Development Assessment” adlı tədqiqatının nəticələrini açıqlayıb.

“BCG uzun müddətdir bütün ölkələrin liderlərini dövlət siyasətini və inkişaf strategiyalarını əhalinin rifahının yüksəlməsinə yönəltməyə çağırır”, – deyə BCG tərəfdaşı və hesabatın müəlliflərindən biri olan Jaou Hrotko bildirib.

Dünya üzrə iqtisadi rifahın yüksək səviyyəsi ilə fərqlənən 10 ölkəyə nəzər yetirək.

10. Niderland krallığı

Əhalinin sayı: 16,9 milyon

ÜDM: $46 610

SEDA indeksi: 80,3

Niderland krallığı iqtisadi cəhətdən yüksək inkişaf etmiş ölkələrdən biridir. Burada xidmət sahəsi 73%, sənaye və tikinti 24,5%, kənd təsərrüfatı və balıqçılıq isə ÜDM-un 2,5%-nı təşkil edir.

Xidmət sahəsində nəqliyyat və kommunikasiya, kredit-maliyyə sistemi, elmi-tədqiqat işləri, təhsil və beynəlxalq turizmi xüsusilə vurğulamaq lazımdır.

  1. Avstriya

Əhalinin sayı: 8,5 milyon

ÜDM: $45 870

SEDA indeksi:80,3

Avstriya inkişaf etmiş aqrar-sənaye ölkəsi olmaqla, Avropanın ən inkişaf etmiş ölkələrin sırasına daxildir.

 

  1. Finlandiya

Əhalinin sayı: 5,5 milyon

ÜDM: $45 050

SEDA indeksi: 81,3

Finlandiya avrozonaya daxil olmuş və inkişaf etmiş ölkələrdən biridir.

Uzun müddətdir ki, Finlandiyanın digər ölkələrlə müqayisədə əsas üstünlüyü siyasi sabitlik, açıq iqtisadiyyat, və yüksək inkişaf etmiş infrastrukturdur.

  1. Sinqapur

Əhalinin sayı: 5,5 milyon

ÜDM: $51 880

SEDA indeksi: 81,8

Sinqapur bazar iqtisadiyyatlı inkişaf etmiş ölkədir. Bəzən, bu ölkə Şərqi Asiyanın pələnglərinə də aid olunur.

Ölkədə elektronika, gəmiqayırma və maliyyə xidmətləri sektoru yüksək inkişaf edib.

Eyni zamanda, Sinqapur, əhali sıxlığına görə dünyada ikinci yer tutub.

  1. İsveç

Əhalinin sayı: 9,7 milyon

ÜDM: $54 480

SEDA indeksi: 81,9

İsveçin əsas fərqləndirici cəhəti rəqabət qabiliyyətli iqtisadiyyatın olmasıdır. Son on illiklər ərzində İsveç bir çox sahədə irəliləyiş əldə etmişdir. Bunlara rəqəmsal texnologiyalar və telekommunikasiya da aid olunur.

  1. Danimarka

Əhalinin sayı: 5,6 milyon

ÜDM: $57 020

SEDA indeksi: 82,0

Sənaye-aqrar ölkəsi olmaqla, Danimarka inkişaf etmiş ölkələrdən biridir. Avropada ən sabit iqtisadi sistemə malikdir, balanslaşdırılmış dövlət büdcəsi, sabit valyuta və inflyasiyanın aşağı səviyyəsi ilə seçilir.

  1. Lüksemburq

Əhalinin sayı: 0,6 milyon

ÜDM: $71 590

SEDA indeksi: 83,2

Lüksemburqun Avropada ən kiçik ölkələrdən biridir, onun ümumi sahəsi 2586,4 km2  təşkil edir. Buna baxmayaraq, Lüksemburq digər ölkələrdən yüksək həyat səviyyəsi ilə fərqlənir.

  1. İslandiya

Əhalinin sayı: 0,3 milyon

ÜDM: $56 790

SEDA indeksi: 83,7

Hal-hazırda, İslandiya hökuməti, alüminium zavodlarının qurulması üçün geniş miqyaslı bir proqram elan edib. Eyni zamanda, ölkədə biotexnologiyalar, turizm, bank sektoru və informasiya texnologiyaları da aktiv şəkildə inkişaf etməkdədir.

  1. İsveçrə

Əhalinin sayı: 8,2 milyon

ÜDM: $81 240

SEDA indeksi: 83,8

İsveçə iqtisadiyyatı dünya üzrə öz sabitliyi ilə seçilir. Səhmlərin həcminə görə dünyada qabaqcıl ölkələrdən biridir. Iqtisadiyyatın ən yüksək inkişaf etmiş sahələrinə isə sənaye və ticarəti aid etmək olar.

  1. Norveç

Əhalinin sayı: 5.1 milyon

ÜDM: $82 390

SEDA indeksi: 85,3

Norveç qarışıq iqtisadiyyatlı dövlətdir.

İqtisadiyyatda kənd təsərrüfatı və ağır sənayenin payı, xidmət sektorunun və neft hasilatı sahələrinin inkişafı ilə əlaqədar azalmışdır.

Norveç digər Avropa ölkələrinə nisbətən yüksək həyat səviyyəsinə və inkişaf etmiş sosial təminat sisteminə malikdir.

 

Son xəbərlər
Digər xəbərlər