27 C
Baku
Saturday, June 29, 2024

Dünya üzrə kiberhücumların zərəri $121 milyard olaraq qiymətləndirilib

Banker.az xəbər verir ki, Lloyd’s of London şirkətinin sığorta bazarı üzrə ekspertləri qlobal kiberhücumların zərərinin ən dağıdıcı qasırğaların vurduğu zərərdən daha böyük olacağı ilə bağlı xəbərdarlıq ediblər.

Lloyd’s of London və Cyence şirkətlərinin birgə həyata keçirdiyi araşdırmanın nəticələrinə əsasən, geniş miqyaslı kiberhücumların vurduğu zərər dünya iqtisadiyyatına 15,6 milyarddan 121 milyard dollara qədər başa gələ bilər.

Hesabatda deyilir ki, iri miqyaslı qlobal kiberhücum 53 milyard dollar dəyərində iqtisadi itkilərə səbəb ola bilər ki, bu göstərici də 2012-ci ildə baş vermiş Sendi qasırğasının vurduğu zərər həcmi ilə uyğun gəlir.

Qeyd edək ki, 2017-ci ilin may ayında dünyanın 150-ə yaxın ölkəsində 200 mindən 300 minə yaxın kompüter faylları şifrələyən WannaCry virusuna yoluxmuşdu. Bu zaman xakerlər məlumatların bərpa olunması üçün onlara 300-600 dollar ödənilməsini tələb edirdilər. Amerikalı ekspertlərin hesablamalarına görə, xaker hücumunun vurduğu ümumi zərər 1 milyard dollar təşkil etdi.

Son xəbərlər
Digər xəbərlər