Qadınlar dünya üzrə ümumi əmək gəlirlərinin cəmi dörddə birindən bir qədər çoxunu əldə edirlər və bu göstərici 1990-cı ildən bəri, demək olar, dəyişməyib.
Bu barədə məlumat “Dünya Bərabərsizlik Hesabatı 2026”da əks olunub.
Hesabata əsasən, Orta Şərq və Şimali Afrikada qadınların əmək gəlirindən payı cəmi 16%, Cənub və Cənub-Şərqi Asiyada 20%, Afrika-Saharyan bölgəsində 28%, Şərqi Asiyada isə 34%-dir.
Nisbətən daha yaxşı göstəricilərə malik Avropa, Şimali Amerika, Okeaniya və Rusiya & Mərkəzi Asiyada belə qadınlar əmək gəlirlərinin yalnız 40%-ni əldə edirlər.
Ümumi statistikaya görə qadınlar həftədə orta hesabla 53 saat çalışırlar (ev və qayğı işləri daxil olmaqla), bu isə kişilərdən 10 saat çoxdur. Lakin ödənişli işlər üzrə qadınların saatlıq gəliri kişilərin gəlirinin yalnız 61%-ni təşkil edir. Bu qeyri-bərabər yük qadınların karyera imkanlarını məhdudlaşdırır, siyasi iştirakını azaldır və sərvət yığmaq imkanlarını zəiflədir.







