23 C
Baku
Thursday, April 25, 2024

Dünya üzrə ən çox satılan musiqi albomunun adı açıqlanıb

Məşhur “Eagles” rok-qrupunun “The Greatest Hits 1971-1975” musiqi albomu Amerika Musiqi Sənayesi Birliyi (RIAA) tərəfindən indiyədək ən çox satılan albom seçilib.

Rok qrupunun albomu 38 dəfə platin elan olunub (1976-cı ildən bu günə kimi 38 milyon nüsxə satılıb).

Qrupun eyni ilin oktyabr ayında işıq üzü görən albomu “Hotel California” isə ən çox satılanlar sırasında üçüncü yerdə qərarlaşıb.

Birliyin baş direktoru Kari Şerman musiqi tarixinin ən yaxşı üç albomundan ikisini yaradan qrupu təbrik edib.

Bundan əvvəl sıralamada birinci olan Maykl Ceksonun “Thriller” albomu isə 33 milyon nüsxə satışı ilə bir pillə geriləyərək ikinci yerdə qərarlaşıb.

Qeyd edək ki, qrup 1971-ci ildə Glenn Fry və Don Henley tərəfindən ABŞ-ın Los-Anceles şəhərində yaradılıb. Hitparadlarda birinci pilləyə qədər yüksəlmiş 7 sinql, 6 Qremmi mükafatı, 5 Amerika Musiqi Mükafatı qazanmaqla 70-ci illərin musiqi tarixində dərin iz buraxıb.

1980-ci ildə qrupun fəaliyyati müəyyən səbəblərə görə dayandırılıb və üzvlər solo karyera qurmağa başlayıblar. 1994-cu ilin aprel ayında qrup yenidən birləşib. 2016-cı ildə G.Fry 67 yaşında vəfat edib. Bundan sonra qrup yenə dağılsa da, 2017-ci ildə qrup arasında növbəti görüş keçirilib.

– Report

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər