25 C
Baku
Saturday, April 27, 2024

Dünya valyuta sisteminin təkamülü və müasir valyuta problemləri

1. Qızıl metal standartından qızıl-deviz standartına keçid

Valyuta sisteminin təkamülü əmtəə istehsalı və dünya bazarının inkişafından asılıdır. Təşkilati-hüquqi nöqteyi-nəzərdən kredit münasibətlərinin beynelmiləlləşməsi istehsalın beynəlmiləlləşməsini qabaqlayır. 

Birinci dünya valyuta sistemi sənaye inqilabından sonra kortəbii olaraq formalaşmışdır. Huquqi cəhətdən o dövlətlərarası Paris konfransının (1867-ci il) razılaşmasında ifadə olunmuşdur. Bu konfransda qızıl dünya pulunun yeganə forması kimi qəbul edilmişdir. Qızıl pul standartı dövründə pul tədavülü avtomatik baş verirdi. Həmin standart emissiya mərkəzlərində qızıl ehtiyatlarının mövcudluğunu tələb edirdi. Sərbəst rəqabətin inhisarçılıqla əvəz olunmasından sonra qızıl standartı dünya təsərrüfat əlaqələrinin inkişafına mane olurdu. Həmin problemlər birinci dünya müharibəsi nəticəsində daha da kəskinləşdi. Böyük hərbi xərclər müharibə edən ölkələrin büdcə kəsirini artırdı, əksəriyyət ölkələrdə qızıl pul standartının ləğvini sərtləndirdi.

Birinci dünya müharibəsi qurtardıqdan sonra, qızıl monometallizminin yarımçıq formaları-qızıl külçə və qızıl – deviz standartları tətbiq edilirdi.

Qızıl külcə standartı zamanı banknotlar qızıl külçələrə dəyişdirilirdi. Bu standart əsasən Böyük Britaniya və Fransada tətbiq edilirdi.

Qızıl-deviz standartının tetbiqi dövründe banknotlar xarici valyutada ifade olunmuş ödeniş vasitelerine deyişdirilirdi. Mübadilə obyekti olan bu ödəniş vasitələri deviz adlanırdı və qızıl pula dəyişdirilərək beynəlxalq hesablaşmalarda istifadə edilirdi.

İkinci dünya valyuta sistemi hüquqi cəhətdən Genuya konfransında (1922-cı il), dövlətlərarası razılaşmalarda əks olunmuşdur. O dövrdə 30 ölkənin pul sistemi qızıl – deviz standartına esaslanırdı.

Genuya valyuta sisteminin xarakterik cəhətləri aşağıdakılardır:

– bu valyuta sisteminin əsasında qızıl və deviz-xarici öl­kələrin valyutaları durur. Bu dövrdə milli kredit pulları bey­nəlxalq tədiyə-ehtiyat vasitəsi kimi istifadə edilirdi. Müharibələr arası dövrdə rəsmi olaraq heç bir valyutaya ehtiyat valyuta statusu verilməmişdir. Funt-sterlinq və ABŞ dolları bu sahədə liderlik uğrunda mübarizə apanrdı;

– qızıl pariteti saxlandı.Valyutarın qızıla dəyişdirilməsi təkcə ABŞ, Fransa, Böyük Britaniya tərəfindən deyil, həmçinin bu konfransın bütün iştirakçıları tərəfindən həyata keçirildirdi;

– sərbəst tərəddüd edən valyuta məzənnəsi rejimi bərpa edilmişdir;

– valyuta tənzimlənməsi fəal valyuta siyasəti, beynəlxalq konfranslar və yığıncaqlar formasında həyata keçirilirdi.

Dünya valyuta böhranının тərhələləri. Bu böhranın 1929-1933-cü illərə təsadüf edən birinci mərhələsində aqrar ölkələrin və müstəmləkələrin valyutaları qiymətdən düşdü. Dünya bazarında xammala olan tələbin azalması, həmin ölkələrin tədiyə balansında böyük kəsirin əmələ gəlməsi ilə müşahidə olunurdu. Belə ki, aqrar ölkələr və müstəmləkələrin satdıqları xammalın qiyməti 50-70 % ucuzlaşdığı halda, onların idxal etdiyi malların qiyməti evvəlki səviyyədə qalırdı.

İkinci mərhələdə dünya valyuta sisteminin zəif nöqtəsi rolu Almaniya və Avstryanın payına düşdü. 1931-ci ilin ortalarına təsadüf edən bu mərhələ həmin ölkələrdən xarici kapitalın getməsi, rəsmi qızıl ehtiyatının azalması və bankların müflisləşməsilə xarakterik idi. Almaniyada faktiki olaraq qızıl standartı ləğv edildi.

Böhranın ən yüksək həddə çatdığı üçüncü mərhələdə (1931-ci ilin payızı) Böyük Britaniya qızıl standartını ləğv etdi. Əsas səbəb isə tədiyə balansının pisləşməsi idi (ixracın çətinləşməsi və görünməz əməliyyatlardan gəlirlərin azalması). Bu mərhələdə Böyük Britaniya Almaniyadan fərqli olaraq valyuta məhdudiyyətləri həyata keçirtmədi.

Dördüncü mərhələ üçün əlamətdar hadisə 1933-cü ilin ap­relində ABŞ-ın qızıl-pul standartını ləğv etməsi oldu. Ləğv etmənin birbaşa səbəbi qiymətlərin aşağı düşməsi idi. Qiymətlərin aşağı düşməsi ölkənin banklaının 40 %-nin müflisləşməsinə gətirib çıxardı.

1934-cü ilin yanvarına dollar qızıla nisbətən 40 % (1929-cu illə müqayisədə) qiymətdən düşdü və 41 % devalvasiya olundu. Devalvasiya ixracı stimullaşdırsa da, gözlənilən nəticə əldə edilmədi.

Dünya valyuta böhranın beşinci mərhələsi Fransa üçün əlamətdar oldu. (1936-ci ilin payızı). Digər ölkələrə nisbətən qızıl standartını uzun müddət saxlayan Fransa, artan qızıl ehtiyatı müqabilində bu xətti davam etdirmək niyyətində idi.

Maliyyə oliqarxiyası ilə Fransanın xalq cəbhəsi hökuməti arasında olan etimadsızlıq kapitalın xaricə axınını sürətləndirirdi. Qızıl standartının süni surətdə saxlanması, yerli firmaların rəqabət qabiliyyətini azaldırdı. Frankin deval-vasiyasına baxmayaraq, ixrac azalmaqda davam edirdi.

Dünya valyuta böhranı nəticəsində Genuya valyuta sistemi nisbi elastikliyini və stabilliyini itirmiş oldu.

Valyuta blokları. Dünya valyuta sistemi valyuta bloklarına ayrıldı. Müəyyən şərtilik dərəcəsi ilə valyuta bloklarının aşağı­dakı xarakterik cəhətlərini ayırmaq olar:

– asılı valyutaların məzənnəsi qrupa başçılıq edən ölkərin valyutasına bağlanır;

– bloka daxil olan ölkələrin beynəlxalq hesablaşmaları hegemon ölkərin valyutasında həyata keçirilir;

– blok üzvlərinin valyuta ehtiyatları hegemon ölkədə saxlanılır;

– asılı valyutaların təminatçısı rolunda hegemon ölkənin xəzinədarlıq vekselləri və dövlət istiqrazları çıxış edir.

Valyuta blokları kimi, sterlinq, dollar və qızıl bloklarını fərqləndirirlər. Sterlinq bloku Böyük Britaniyada qızıl standartının (1931-ci il), dollar bloku isə ABŞ-da həmin standartın (1933-cü il) ləğvindən sonra yaranmışdır.

Sterlinq blokuna aşağıdaki dövlətlər daxil idi: keçmişdə İngiltərənin müstəmləkələri olan bir-sıra dövlətlər, həmçınin Misir, İraq, Portuqaliya, Danimarka, Norveç, İsveç, Finlandiya, Yunanistan, İran, Yaponiya.

Dollar blokuna Kanada, Mərkəzi və cənubi Amerikanın bir-sıra ölkələri daxil idi.

1933-cü ilin iyununda qızıl bloku yarandı. Bura Fransa, Belçika, Niderland, İsveçrə, İtaliya, Cexoslavakiya və Polşa daxil idi. Blok 1935-ci ildə parçalandı və Fransa qızıl stan­dartını ləğv etdikdən sonra (1936-ci il sentyabr) öz fəaliyyətini başa vurdu.

İkinci dünya müharibəsi ərəfəsində valyutaların deval­vasiyası . 1937-ci ildə dünya valyuta sistemi yeni iqtisadi böhranın təsirinə məruz qaldı. Həmin ilin sentyabrının 25-dən ABŞ, Böyük Britaniya və Fransa arasında üç tərəfli məs-ləhətləşmələr aparılırdı. Bir çox ökələrdə valyutalar qiymətdən düşürdü. 1936-1938-ci illərdə frank üç dəfə devalvasiya olundu. ABŞ dolları, funt-sterlinq və isveç frankının qızıl məzmunu xeyli aşağı düşdü.

İkinci dünya müharibəsi ərəfəsində demək olar ki, dayanıqlı valyuta qalmamışdır. ABŞ və Avropa ölkələri ikinci dünya müharibəsinə qeyri-sabit valyuta sistemi ilə başladılar.

2. 2. Genuya valyuta sistemindən Bretton -Vuds valyuta sisteminə keçid

gollddd

Üçüncü dünya valyuta sistemi 1944-cü ildə ABŞ-ın Bretton-Vuds şəhərində valyuta-maliyyə konfransında rəsmiləşdirilmişdi. Formasına görə Bretton-Vuds pul sistemi özünəməxsus dövlətlər arası qızıl-deviz standartı kimi fəaliyyət göstərirdi.

Bu sistemin əsas xarakterik cəhətləri aşağıdakılardır:

– qızıl dünya pulu funksiyasını yerinə yetirirdi. O ölkələr arasında hesablaşmaların vasitəsi və ictimai sərvətin ümumi təcəssümü kimi çıxış edirdi;

– beynəlxalq ödəniş dövriyyəsində qızıldan başqa ABŞ-ın və Böyük Britaniyanın milli pul vahidləri də istifadə olunurdu. Bununla belə ABŞ dollarının və ingilis funt-sterlinqinin fəaliyyət dairəsi xeyli dərəcədə məhdud idi;

– 1934-cü ildən başlayaraq mərkəzi banklar və ökələrin hökumet idarələri tərəfındən təqdim olunan ABŞ dolları ABŞ xəzinəsində rəsmi şəkildə müəyyənləşdirilmiş nisbətlə qızılla dəyişdirilirdi. Bunun nəticəsində azad bazarda qızılın qiyməti ABŞ-ın qoyduğu rəsmi qiymət əsasında formalaşırdı. Demək olar ki, 1968-ci ilə qədər kənarlaşma baş verməmişdir.

– milli pul vahidləri mərkəzi banklar vasitəsilə dollara dəyişdirilirdi. Ölkələr arasında milli pul vahidlərinin mübadiləsi isə Beynəlxalq Valyuta Fondunun təyin etdiyi möhkəm nisbətlər əsasında həyata keçirilirdi. Bütün dönərli milli pul vahidləri dolların vasitəçiliyi ilə qızılla çevrilə bilirdi. Bu isə ölkəlerarası çoxtərəfli hesablaşmaları mümkün edirdi.

1971-1973-cü illərdə bütün pul vahidlərinin qiymətliliyi etalonu olmaq etibarilə ABŞ dolları iflasa uğradı. Bunun aşağıdaki səbəbləri var idi:

– xarici bazarda ABŞ-ın mövqeyinin zəifləməsi;

– qızıl ehtiyatının azalması;

– inflyasiyanın güclənməsi;

– tədiyə balanslaının qeyri-stabilliyi.

Nəticədə ABŞ dolları dünyanın yeganə ehtiyat valyutası rolunu oynamaq iqtidarını itirdi.

Ehtiyat valyuta rolunu Almaniya Federativ Respublikasının markası, yapon ieni, SDR və eküdə oynamağa başladı.

1971-ci ilin avqustun l-dən etibarən dolların qızıla dəyişdi­rilməsi prosesi dayandırıldı. Nəhayət, qızılın rəsmi dollar qiyməti ləğv edildi.

70-ci illərin ortalarından başlayaraq, bir sıra ölkələrin mər­kəzi bankları tərəfindən kollektiv valyuta müdaxiləsi həyata keçirilirdi. 1974-cü ilin may ayında ABŞ, AFR, İsveçrə (sonradan Fransa da bu sazişə qoşuldu) tərəfindən kollektiv valyuta müdaxiləsi haqqında Bazel sazişi imzalandı. Rambuye müşavirəsində (1975-ci il) altı ölkə başçısı birgə valyuta siyasəti üzrə razılığa gəldilər. 1975-ci ilin dekabrından isə «on ölkə qrupu» «svon» razılaşması əsasında birgə valyuta müdaxiləsini tətbiq etdilər.

Bretton-Vuds valyuta sistemi dövründə təsbit olunmuş valyuta məzənnələrini dəstəkləmək üçün mütəmada olaraq valyuta müdaxiləsi tətbiq edilirdi. Üzən valyuta məzənnəsi sisteminə keçilməsi ilə valyuta müdaxiləsi kəskin məzənnə dəyişməlerinin qarşısının alınmasına yönəldilirdi.

Bretton-Vuds valyuta sisteminin böhranı aşağıdaki forma­larda özünü büruzə verirdi:

– qeyri-stabil valyutadan qızıla keçmək və müntəzəm olaraq onun qiymətini artırmaq;

– valyuta məzənnələrinin gözlənilən dəyişməsinə nəzərən qiymətli kağızların dəyərdən düşməsi;

– kütləvi şəkildə valyutaların devalvasiyası və revalvasiyası (rəsmi və qeyri-rəsmi);

– mərkəzi bankların fəal valyuta müdaxiləsi;

– rəsmi qızıl-valyuta ehtiyatlarında kəskin tərəddüdlər;

– xarici kreditlərdən istifadə;

– Bretton-Vuds valyuta sisteminin struktur prinsiplərinin pozulması;

– milli və dövlətlərarası valyuta tənzimlənməsinin fəallaşdırılması.

Valyuta böhranı ayrı-ayrı ölkələrdə müxtəlif vaxtlarda və fərqli şəkildə özünü göstərirdi. Bretton-Vuds valyuta sistemi böhranını şərti olaraq bir-neçə mərhələyə bölmək olar: funt-sterlinqin devalvasiyası, ikili qızıl bazarlarının yaranması, fransız frankının devalvasiyası, alman markasının revalvasiyası və ABŞ dollarrının devalvasiyası.

Funt-sterlinqin devolvasiyası ölkənin valyuta-iqtisadi vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq 18 noyabr 1967-ci ildə həyata keçirilmişdir. Funt-sterlinqin qızıl məzmunu 14,3 % aşağı salınmışdır. Böyük Britaniyanin ardınca onun ticarətdəki 25 tərəf müqabili müxtəlif nisbətlərdə öz valyutasını devalvasiya etmişdir.

«Qızıl həyacanı və «İkili qızıl bazarının» yaranmasının əsas səbəbi dolların qızıla satılması ilə əlaqədar olmuşdur. Odur ki, Londonun qızıl bazarında qızıl sövdələşmələrinin həcmi günde 5-6 tondan 65-200 tona qədər artmışdır (1967, noyabr) və qızılın qiyməti 1 unsiya üzrə 35 dollardan 41 dollara qalxmışdır.

Fransız frankının böhranının əsas səbəbi valyuta möhtəkirliyi, başqa sözlə frankın məzənnəsinin aşağı salınması və al­ınan markasının məzənnəsinin yuxarı qaldırılmasına yönəlmiş oyun olmuşdur. Markanın frankı üstələməsi Bonun Parisə siyasi təzyiqi ilə müşayət olundu. Bu ise öz növbəsində kapitalın Fransadan əsasən Almaniyaya axmasına, nəticədə Fransanın rəsmi qızıl-valyuta ehtiyatının azalmasına gətirib çıxartdı. Eyni zamanda 14 Afrika dövlətində də valyutanın devalvasiyası həyata keçirildi.

Almaniya markasının revalvasiyası 1969-cu ilin oktyabrın 24-də markanın məzənnəsi 9,3 % artırıldı və «üzən» məzənnə rejimi ləğv edildi. Markanın revalvasiyası AFR-ın beynəlxalq maliyyə kapitalına güzəşti idi. Başqa sözlə, Almaniyanın tərəf müqabillərinin valyutaları devalvasiya etdiyi üçün, alman markasının revalvasiyası həm bu ölkələrin tədiye balanslarının tarazlaşdırılmasına, həm də AFR-dən axan kapital hesabına onlann valyuta ehtiyatlarının artırılmasına xidmət etdi. Bir-neçə müddət valyuta bazarında nisbi sabitlik yaransada, valyuta böhranının səbəbləri tam aradan qalxmadı.

Dolların devolvasiyası. Bretton-Vuds valyuta sisteminin böhranının kulminasiyası dolların devalvasiyası ilə bağlı olmuş­dur. Dolların böhranı ABŞ-dakı iqtisadi böhranla (1969-1970) üst-üstə düşdü. İnflyasiyanın nəticəsində dolların alıcılıq qabiliyyəti ötən əsrin 70-ci illərinin əvvəllərində 1934-cü ildəki səviyyənin 2/3 -ni təşkil edirdi.

Ötən əsrin 60-cı illərində ABŞ Bretton-Vuds valyuta siste­mini qoruyub saxlamaq ücün:

– digər ölkələrin valyuta resurslarını cəlb etdi;

– dolların kollektiv müdafiəsini həyata keçirtdi;

– BVF-nın kapitalı ikiqat artırıldı, 10 üzv ölkənin və İsveçrənin razılığına əsasən tədiyə balansının kəsirinin örtülməsinə imkan verən miqdarda SDR buraxıldı.

ABŞ dolların devalvasiyasının əvəzinə ticarət üzrə tərəfdaşlarının revalvasiyasında israrlı idi. 1971-ci ildə (may ayında) İsveçrə frankının, Avstriya şillinqinin revalvasiyası, AFR və Niderland valyutasının uzən məzənnəsi həyata keçirildi. Nəticədə ABŞ dolları 6-8 % qiymətdən düşdü. Tərəfdaşların müqavimətinə qarşı mövqe tutan ABŞ dolların xilası üçün aşağıdakı tədbirləri gördü: xarici ölkələrin mərkəzi bankları üçün dolların qızıla dəyişdirilməsi qadağan edildi; ixrac rüsumları əlavə olaraq orta hesabla 10 % artırıldı.

Valyuta böhranından çıxmaq üçün əsas «onluğa» daxil olan ölkələr Vaşinqtonda kompromis razılığa gəldilər. Aşağıdakı bəndlər üzrə razılıq əldə olundu:

– dolların 7,89 % devalvasiyası, qızılın qiymətinin 8, 57 % rəsmi artımı;

– bir sıra valyutaların revalvasiyası;

– valyuta məzənnəsinin valyuta paritetinə nəzərən ± 1 ± 2,25 % həddində dəyişməsi;

– ABŞ-da 10 %-lik ixrac rüsumunun ləğvi və s.

Dolların devalvasiyası BVF-nun üzvi olan 118 ölkədən 96-da (1971-ci ilin sonu) milli valyutanın yeni məzənnəsinin təyin olunmasını şərtləndirdi. Belə ki, ölkənin milli valyutasının dollara nəzərən məzənnəsi yüksəldildi.

1973-cü ildəki «qızıl həyəcanı» və yenidən bazarda qızılın qiymətinin artması bir daha dolların zəifliyini göstərdi. ABŞ Qərbi Avropa ölkələrinin və Yaponiyanın valyutalarının revalvasiyasına nail ola bilmədi. Odurki, ABŞ dolları yenidən 10 % devalvasiya etdi.

1973-cü ildəki konsensus və üzən valyuta kurslarına keçid valyuta bazarlarındakı gərginliyi bir qədər aradan qaldırdı.

Bretton – Vuds valyuta sisteminin böhranının digər valyuta sistemlərinin (1929-1933 və 1967-1976-cı illər) böhranları ilə oxşar cəhətləri ilə yanaşı, bir-sıra spesifik xüsusiyyətlərə də malikdir:

– valyuta böhranlarının xroniki hal alması. Bretton-Vuds valyuta sisteminin böhranı nəinki dünya iqtisadi böhraının, həmçinin müntəzəm olaraq iqtisadiyyatın canlanmasını və yüksəlməsini müşayət edirdi.

– ABŞ-ın, belə demək mümkünsə əks təsiri. Öz valyuta­sının ehtiyat valyuta statusundan istifadə edərək, ABŞ Qərbi Avropa ölkələrini və Yaponiyanın dollarla doldururdu. Bu isə həmin ölkələrin iqtisadiyyatında pozulmalara, inflyasiyanın güclənməsinə, valyutaların qeyri-sabitliyinə və nəticədə dövlətlərarası narazılığın dərinləşməsinə gətirib çıxartdı.

– dünyada üç güc mərkəzinin yaranması yeni reallıqlara gətirib çıxardı. ABŞ dollarının hegemonluğuna qarşı çıxan Avropa İttifaqının Qərbi Avropada öz valyutasının, Yaponiya ieninin Asiya regionun da ehtiyat valyuta kimi istifadə etməsi;

– valyuta böhranının dalğavari inkişafı;

– valyutaların kütləvi devalvasiyası və dövrü olaraq ayrı-ayrı valyutaların revalvasiyası;

– dünya valyuta böhranın struktur xarakteri;

– dövlət valyuta tənzimlənməsinin təsiri və s.

2. 3. Yamayka Valyuta sistemi və müasir valyuta problemləri

jamaika

Bretton – Vuds pul sistemində kəskinləşən problemlər onun təkminləşdirilməsini tələb edirdi. Nəticədə BVF-nun üvləri olan ölkələr Kinqstonda (Yamayka adası) razılaşma əldə etdilər (976-cı il). Bu razılaşma Yamayka pul sisteminin əsasını qoydu. Ölkələr tərəfindən bu razılaşma təsdiq edildikdən sonra 1978-ci ilin aprelindəBVF-nun nizamnaməsində dəyişikliklər edildi.

Yamayka valyuta sisteminin əsas xarakterik cəhətləri aşağıdakılardır:

– dünya pulu rolunda SDR çıxış etməyə başladı. SDR beynəlxalq hesablaşma vahidinə çevrildi və BVF-dən borclanmanın spesifik hüququ sayıldı.;
– ABŞ dolları beynəlxalq hesablaşmalarda və başqa ölkələrin valyuta ehtiyatlarında mühüm rolunu qoruyub saxladı. Dollar həmçinin SD-in şərti dəyərinin hesablaşmasında da mühüm rol oynamaqda davam edirdi;
– pulun qızıl məzmununun itməsi hüquqi cəhətdən başa çatdırıldı (qızılın demonetizasiyası). Qızıl pul funksiyalarını itirdi, onun rəsmi qiyməti ləğv elildi. Lakin qızıl dövlətin ehtiyatı olaraq qaldı və digər ölkələrin pul vahidlərinin alınmasında istifadə olunurdu.
Yamayka valyuta sistemi Bretton – Vuds valyuta sisteminə nisbətən daha çevik olub, tədiyə balanslarının və valyuta məzənnələrinin dəyişməsinə uyğunlaşmaq qabiliyyətinə malikdir. Bu valuta sisteminin fəaliyyətinə, aşağıdakı problemlər xüsusilə mənfi təsir göstərir:

– SDR standartının qeyri-səmərəliyi;
– hüquqi cəhətdən pulun qızıl məzmunun ləğv edilməsinə baxmayaraq, faktiki olaraq onun hələdə fövqəladə dünya pulu statusunu saxlaması;
– ehtiyat valyuta olan dolların qeyri sabitliyi;
– tərəddüd edən qeyri-mükəmməl valyuta məzənnələri rejimi;
– çox valyutalı standart problemləri;
Yuxarıda qeyd olunanlardan başqa, inkişaf etmiş ölkələr dünya valyuta sistemindən mövcud asılılığından o qədər də razı deyillər. Onlar öz maraqlarına uyğun olaraq bu sistemdə islahatlar aparılmasını tələb edirlər.

Hazırda bu problemlərin həlli baxımından üç dünya mərkəzinin valyuta-iqtisadi siyasətinin kordinasiyasının gücləndirilməsi və dünya valyuta mexanizminin stabilləşməsi məqsədilə Yamayka valyuta sisteminin təkminləşdirilməsi yolları axtarılır .

eurroo2. 4. Avropa Valyuta sistemi

1979-cu ildən Qərbi Avropada beynəlxalq (regional) valyuta sistemi -Avropa valyuta sistemi formalaşdı.

Regional valyuta sistemi iqtisadi inteqrasiya olunmuş birliklər,(Avropa İttifaqı və s.) çərçivəsində həyata keçirilir. Avropa İttifaqı çərçivəsində valyuta münasibətlərinin tənzimlənməsində Avropa valyuta sistemi mühüm rol oynayır. Bu valyuta sisteminin məqsədi-inteqrasiya proseslərini stimullaşdırmaq, qitədə siyasi, iqtisadi və valyuta ittifaqının yaradılması, Qərbi Avropanın mövqeyinin möhkəmləndirilməsidir. Haqqında danışılan valyuta ittifaqı ilk illər kollektiv valyuta kimi EKÜ-dan istifadə etmişdir. EKÜ-nun hesablanmasında valyuta səbətindən istifadə olunurdu. Sıbətdə hər hansı valyutanın xüsusi çəkisi müvafiq ölkənin Avropa Birliyinin ÜDM-də və birlik daxili ticarətdə payını əks etdirir. Odur ki, səbətin tərkibindən vaxtaşırı dəyişikliklər aparılmaqla qeyd olunan iqtisadi göstəricilərinin təsiri altında valyuta münasibətlərində formalaşan uyğunsuzluq aradan qaldırılır.

İttifaqa daöil olan dövlətlər arasında bağlanan Maastrix sazişinə (1991-1992-ci illər) görə EKÜ 1999-cu il yanvar 1-nə qədər, yəni AVRO-nun regional valyuta kimi tətbiq edilməsinə qədər fəaliyyət göstərmişdir. AVRO 2002-ci il yanvar 1-nə qədər nağdsız dövriyyədə işlənmişdir. Sonra isə AVRO-nu qəbul etmiş Avropa dövlətləri öz milli valyutalarını ləğv edərək bu regional valyutadan istifadə etməyə başlamışdılar. Yəni, 2002-ci il yanvar 1-dən başlayaraq AVRO banknotlarının və sikkələrinin nümunələri Avropa İttifaqı ölkələrində dövriyyəyə buraxılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər