9 C
Baku
Friday, December 13, 2024

Dünya zənginliyini kimlər idarə edir?

İllər keçdikcə insanlar arasındakı sərvət bərabərsizliyi artır. Bu səbəbdən də hazırda dünya zənginliyinin əhəmiyyətli hissəsi kiçik bir insan qrupunun əlində cəmlənmişdir.

Credit Suisse bankının analitikləri Global Wealth Report 2014 adlı planetimizdəki insanların həyat vəəziyyəti barədə araşdırma aparmışlar. Bu araşdırmanın nəticələrinə görə 69,8% insan (3,3 milyard) ildə 10 min dollardan az gəlir əldə edir. Məhz bu insanlar dünya aktivlərinin 7,6 trilyon dəyərində olan cəmi 2,9%-nə sahibdir.

Bunun ardınca isə illik gəliri 10-100 min dollar arası olan 21,5 insan (təqribən 1 milyard insan) gəlir. Bu kateqoriyaya daxil olan insanlar məhsullara olan tələbatın və xidmət sahəsinin artımının əsas hərəkət qüvvəsidir. Bu insanlar dünya aktivlərinin 31,1 trilyon dollar həcmində 11,8%-nə sahibdir.

Geriyə illik gəliri 100 min dollardan çox olan planetin 8% əhalisi (demək olar ki, 410 milyon) gəlir. Bu insanların bir hissəsi dünya sərvətinin 108,6 trilyon dəyərində olan 41,3%-nə sahibdir.

Zəngin insanlar dünya üzrə qeyri-bərabər şəkildə bölünmüşlər. Əsas olaraq isə ABŞ-da cəmləşmişlər ki, burada onların sayı 14,2 milyon şəxsdir. Digər ölkələr öz göstəriciləri ilə ABŞ-a yaxınlaşa belə bilməmişlər.

Maraqlıdır ki, son 4 10 illikdə ən varlı amerikalıların sərvəti 4 dəfə artmışdır.

Ultrazənginlərə gəldikdə isə dünyada belə şəxslərin sayı 130 minə yaxındır. Onların da 51%, yaxud 65,5 mini ABŞ-da yaşayır.

Son xəbərlər
Digər xəbərlər