15 C
Baku
Wednesday, April 24, 2024

Dünyaca məşhur bankdan Azərbaycan iqtisadiyyatına müsbət proqnoz: artacaq

Hollandiyanın ING bankı 2017-ci ildə Azərbaycanda ÜDM-in 1% azalacağını proqnozlaşdırır.

“Interfax” agentliyinə istinadən, bu barədə bankın proqnozunda qeyd edilib.

Bankın proqnozuna əsasən, 2018-ci ildə Azərbaycanda 1,6% səviyyəsində iqtisadi artım baş verəcək.

“2017-ci ilin 4 ayının nəticələri göstərir ki, Azərbaycanda 1,2% səviyyəsində iqtisadi geriləmə mövcuddur. Bu səbəbdən biz proqnozumuzu dəyişərək bu il Azərbaycanda ÜDM-in 1% azalacağını (bundan əvvəl bank 1% artım proqnozlaşdırıb) proqnozlaşdırırıq”, – deyə bankın analitikləri qeyd edib.

Bankirlər hesab edir ki, neft və qaz hasilatının 2,5-5% azalması 2017-ci ildə iqtisadi artımı zəiflədəcək. Belə ki, neft sektorunun ÜDM-də payı 42% təşkil edir.

Qeyd edək ki, Azərbaycan hökuməti 2017-ci ildə ÜDM-in 1% artacağını proqnozlaşdırır.

Əlavə edək ki, ötən il Azərbaycan iqtisadiyyatı 3,8% geriləyib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər