Dünyaca məşhur aviaşirkət 5,7 milyarda satılır

Dünyanın tanınmış aşağıbüdcəli aviaşirkətlərindən olan “easyJet” 5,7 milyard sterlin dəyərində satınalma təklifini qəbul edib.

ABŞ-nin özəl investisiya şirkəti Apollo tərəfindən irəli sürülən təklif şirkətin idarə heyəti tərəfindən təsdiqlənib.

Bundan əvvəl easyJet 5,5 milyard sterlinlik başqa bir təklifi dəyərləndirsə də, daha yüksək məbləğ təklif edildiyi üçün həmin danışıqlar dayandırılıb.

Razılaşmaya əsasən, səhmdarlar hər səhmə görə 7,15 sterlin alacaqlar.

Qeyd edək ki, baş qərargahı Londonun Luton hava limanında yerləşən easyJet hazırda 38 ölkədə 164 hava limanına uçuşlar həyata keçirir.

Şirkətin satışı müvafiq tənzimləyici qurumların təsdiqindən sonra rəsmən başa çatacaq.

MənbəBAKU.WS
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər