8 C
Baku
Tuesday, March 19, 2024

Dünyaca məşhur robot Sophia Azərbaycan milli geyimində Bakıda çixiş edəcək

27-28 oktyabr tarixlərində FA International Trade Events və Keepface DMCC şirkətinin əməkdaşlığı ilə Bakıda təşkil olunacaq “Global Influencer Day” konqresində dünyaca məşhur Robot Sophia Azərbaycan milli geyimində çıxış edəcəkdir.

Medianın sevimlisinə çevrilən Sophia haqqında xəbərlər 2017-ci il ərzində 10 milyard dəfə oxunmuş və izlənilmişdir. Məşhur moda jurnallarından birinin də üz qabığında yer alan Sophia, Bakı Konqress Mərkəzində baş tutacaq “Global İnfluencer Day” tədbirində spiker olaraq çıxış edəcəkdir.2111767321001 5631116130001 5631112994001 th 1

Dünyaca məşhur qlobal şirkətlərin nümayəndələrinin iştirak edəcəyi konqresdə 3500 nəfər iştirakçı nəzərdə tutulub. Hər kəsin iştirak edə biləcəyi tədbirdə, biznes sahibləri, CEO-lar, marketinq və PR qurumların rəhbərləri, marketing və brend menecerlər, məşhurlar, makro və mikro “influencer”lar və media nümayəndələri iştirak edəcəkdir.

Tədbir zamanı iştirakçılar fərqli panel mövzularının müzakirə ediləcəyi “Influencer Marketing” konfransına qatılaraq öz sahələrində sözünü demiş ekspertləri dinləyə biləcək, dünyanın 30 ölkəsindən dəvət ediləcək “influencer”lar ilə görüşə biləcək. Həmçinin sosial mediada paylaşımları ilə seçilən “influencer”ların mükafatlandırma mərasimi təşkil ediləcəkdir.

robot sophia image 1
x-default

Bakıda keçiriləcək “Global İnfluencer Day” konqresinə biletlərin satışı 1 Avqust 2018-ci il tarixindən təqdim ediləcəkdir. Biletləri onlayn şəkildə və ya tədbirin eksklüziv partneri olan iTicket-in bütün kassalarından əldə etmək mümkün olacaq.

“Global İnfluencer Day” ilə bağlı ən yeni xəbərləri http://influencerday.org/   ünvanından izləyə bilərsiniz.sophiaa 1

Son xəbərlər
Digər xəbərlər