Dünyada iqtisadiyyatları ən rəqabətədavamlı ölkələrin adları açıqlanıb.
Beynəlxalq Menecment İnkişafı İnstitutunun (IMD) açıqladığı və 61 ölkənin yer aldığı siyahıda ilk pilləni Honq Konq tutub.
Uzun illər ən rəqabətədavamlı iqtisadiyyata malik ölkə adını daşıyan ABŞ 2-ci, İsveçrə isə 3-cü pillədə yer alıb.
İlk “onluğa” Sinqapur (4-cü), İsveç (5-ci), Danimarka (6-cı), İrlandiya (7-ci), Hollandiya (8-ci), Norveç (9-cu) və Kanada (10-cu) daxildir.
Siyahıda ölkəmiz yer almasa da, qonşu ölkələrdən Türkiyə (38-ci), Rusiya (44-cü), Qazaxıstan (47-ci) və Ukrayna (59-cu) rəqabətədavamlı ölkələr siyahısında yer alıb.
Beynəlxalq Menecment İnkişafı İnstitutunun (IMD) reytinqi 1989-cu ildən tərtib olunur. Bu zaman 340 kriteriya – iqtisadi inkişaf, hakimiyyətin effektliliyi, iş mühiti və infrastruktur əsas baza elementləri kimi götürülür.
Modern.az