23 C
Baku
Wednesday, May 29, 2024

Dünyada ən bahalılar

Ən bahalı ayaqqabı. Qiymətli dikdaban ayaqqabı məşhur zərgər Stüart Vayçman tərəfindən hazırlanıb. Bu ayaqqabı 642 ədəd rubinlə bəzədilib və qiyməti 1,6 milyon avrodur.

Dünyada ən bahalı nahar. Devid Aynhorn hərrac zamanı milyarder Uorren Baffet ilə nahar etmək şansına  250 100 dollar ödəmişdi.

Dünyada ən bahalı siqaret. Bu siqaretlər Treasurer markalı siqaretlərdir. Bir qutusu təxminən 24 avrodur və yalnızca xüsusi mağazalarda satılır.

Dünyada ən bahalı kartof. Bu Fransada yetişdirilən La Bonnotte cinsli kartoflardır və 1 kiloqramı təxminən 500 avroya satılır.

Dünyada ən bahalı kostyum. Bu amerikan kosmonavtlarına məxsus kostyumlardır. Bu kostyumun qiyməti 9 milyon dollardır və eyni zamanda dünyada ən bahalı geyim əşyası hesab olunur.

Dünyada ən bahalı mehmanxana. Bu Dubayda yerləşən Burj Al Arab otelidir. Burada bir gecə qalmaq üçün 770 avro ödəməli olacaqsınız. Bundan əlavə daha dəbdəbəli otaqlar üçün isə 7 700 avro tələb olunur.

Dünyada ən bahalı stadion – Parisin yaxınlığında yerləşən Stade de France stadionudur.  1998-ci ildə Fransa milli komandası dünya çempionatında qalib gəlmişdi. Onun tikintisinə 460 milyon avro sərf olunub.

Dünyada ən bahalı futbolçu – Zinəddin Zidandır. 2001-ci ildə fransız futbolçu 68,7 milyon avro rekord məbləğə Yuventus komandasından Real Madrid komandasına transfer olunmuşdu.

Dünyada ən bahalı ticarət markası – Coca Cola. Onun dəyəri 68,9 milyard dollar olaraq qiymətləndirilir ki, bu da bütün şirkətin dəyərinin 60 faizini təşkil edir.

Dünyada ən bahalı gəlincik – “Barbi”. Onun qiyməti 100 min avrodur və bu gəlinciyə əsl brilyantlarla bəzədilmiş paltar geyindirilib.

Dünyada ən bahalı şəhər. Tokioda həyat şəraitinin baha olduğu qədər ikinci bir yer yoxdur.

Dünyanın ən bahalı avtomobili. Maybach 62 model avtomobildə oturacaqlar uzanma vəziyyətinə keçir, burada həmçinin DVD-player, Doulby Surround Sound var. Bu avtomobili əldə etmək üçün isə 360 min avro ödəmək lazımdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər