18 C
Baku
Thursday, May 23, 2024

Dünyada ən qoca insanın 256 yaşı var

1933-cü il Time Magazine və New York Times-də belə bir xəbər verilmişdi ki, 256 yaşlı Li Çinq Yun vəfat etmişdir. Bu yaşa kimi onun 23 həyat yoldaşı olub və o 180 varis tərbiyə edib. Environmental Graffiti onun əslində belə qoca olub olmadığını aydınlaşdırmağa çalışıb.

Li Çinq Yunun uzun ömürlülüyünün səbəbi onun daima ruhən sakitliyə riayət etməsi və daim pəhrizdə olması göstərilir. Onun pəhrizini isə düyü və şərab təşkil edirdi. Onun uşaqlığı və gəncliyi ilə bağlı çox az xatirələr yadda qalıb. Məlumdur ki, o  ömrünün sonuna qədər yaşadığı Çinin Sichuan əyalətində doğulub. Çinq Yunun artıq 10 yaşı olanda o artıq kifayət qədər təhsilə malik idi və Kan-Su, Şansi, Tibet, Annam, Siam və Mançuryanı ziyarət edərək buralardan müxtəlif otlar yığırdı. Onun həyatı ilə bağlı məlum olan məlumatlar bura qədərdir…

Li Çinqin 256 yaşı olanda o kifayət qədər güclü idi və 60 yaşlı bir kişi kimi görünürdü. Məhz bu fakt onun yaşı ilə bağlı şübhələr doğurur. Onun öz sözlərinə görə o, 1736-cı ildə doğulub. Lakin Minkuo universitetinin professoru Vu Çanq-şin onun 1677-ci ildə doğulmağına dair sübutlar tapmışdır və hətta Çin imperial hökuməti onun 150 və 200 illik yubileyini təbrik də edib.

Ola bilsin ki, ya Li öz dəqiq doğum tarixini unudub, ya da başqa bir Li Çinq Yun adlı şəxs var. Uzun müddət dünyanın ən qoca insanı Janna-Luiza Kalman hesab olunurdu və onun yaşı fenomenal hesab edilirdi. Belə ki, onun 122 yaşı var idi. O Fransada yaşayırdı və 1997-ci ildə vəfat etmişdi. Vu Çanq-Şin tərəfindən tapılan sənədlər doğrudursa onda Li Çinq Yun əvvəlki rəsmi rekordu geridə qoyur.

Son xəbərlər
 ⁠
Digər xəbərlər