20 C
Baku
Bazar ertəsi, Sentyabr 20, 2021

Dünyada ən yüngül 14 düymlük biznes-noutbuk təqdim edilib

Screen Shot 2021 09 02 at 14.34.20

Martda “Intel Tiger Lake” aparat platforması ilə işləyən “HP EliteBook 840 Aero G8” yığcam kompüteri satışa çıxarılacaq: yenilik “CES 2021” rəqəmli istehlak elektronikası sərgisi çərçivəsində təqdim edilib.

İstehsalçı qurğunu dünyada 14 düymlük diaqonalla təchiz edilmiş ən yüngül biznes səviyyəli noutbuk adlandırır: çəkisi 1,13 kq-dır. Ekran Full HD (1920×1080 piksel) təsvir ölçüsünə malikdir. Alıcılar sensorlu və sensorsuz idarəetməyə malik versiyalar arasında seçim edə biləcəklər.

Modifikasiyadan asılı olaraq 11-ci nəsil “Intel Core i5” və ya “Core i7” prosessorundan istifadə olunur. “DDR4-3200” tipli əməli yaddaşın tutumu 64 QB-dır. Məlumatların yadda saxlanılması üçün tutumu 2 TB-dək olan “M.2 PCIe” sərtgövdəli daşıyıcıdan istifadə edilir.

Bundan başqa, “Wi-Fi 6” və “Bluetooth 5.0” simsiz rabitə adapterləri var. Əlavə olaraq “Intel XMM 7360 4G/LTE” və ya “Snapdragon X55 5G” modeminin quraşdırılmasını sifariş etmək mümkün olacaq. “eSIM” texnologiyasının dəstəyi reallaşdırılıb.

Yığcam kompüter iki dinamikdən ibarət “Bang & Olufsen” səs sisteminə, 720p təsvir ölçülü ön kamera, daktiloskopik skaner, “Thunderbolt 3”, “USB 3.1” və “HDMI” portlarına malikdir. Ölçüsü 323,6×214,7×17,9 mm təşkil edir.

“Windows 10 Pro” əməliyyat sisteminin idarəetməsi altında işləyən noutbukun qiyməti hələ açıqlanmayıb.

Screen Shot 2021 09 08 at 14.27.09
Mənbə:İctnews
109,597AzarkeşlərKimi
Son xəbərlər
360x380 1
Oxşar xəbərlər