14 C
Baku
Şənbə, May 21, 2022

Dünyada ərzaq qiymətləri yenidən rekord həddə çatıb

2022-ci ilin yanvar ayında əsas yeyinti məhsullarının qiymətləri yenidən yüksəlib.

Banker.az xəbər verir ki, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, ən çox bitki yağları bahalaşıb. Mütəxəssislər qeyd ediblər ki, bu, tələbin artması, təklifin isə azalması ilə bağlı olub. Süd məhsulları 5-ci aydır ki, bahalaşır. Eyni zamanda, ətin və taxılın qiyməti demək olar ki, dəyişməz qalıb, şəkər isə ümumiyyətlə ucuzlaşıb.

Ay ərzində bitki yağları birdən-birə 4.2% bahalaşaraq tarixi maksimuma çatıb. Bildirilir ki, bütün növ yağlar bahalaşıb. Palma yağının qiymətləri əsas ixracatçı İndoneziyadan tədarükün azalması qorxusu səbəbindən yüksəlib.

Hesabata əsasən, soya yağının qiymətləri Hindistandan aktiv alışın təsiri altında artıb. Təklifin azalması, qlobal tələbatın isə artması səbəbindən raps və günəbaxan yağlarının qiyməti qalxıb. İqtisadçıların fikrincə, bu qiymət artımı xam neftin bahalaşmasına səbəb olub.

“İxrac imkanlarının azalması, o cümlədən təklifi məhdudlaşdıran digər amillər bitki yağlarının qiymətinin artmasına səbəb olub. Bu amillərin nəticələrinin qısa müddətdə aradan qaldırılmayacağına inanmağa əsas var”, – deyə təşkilatın bazarlar və ticarət şöbəsinin direktoru Bubaker Ben-Belhassen söyləyib.

Yanvarda süd məhsullarının qiymətləri 2.4% artıb. İndi onlar bir il əvvəl ilə müqayisədə 18.7% yüksəkdir. Beləliklə, bahalaşma artıq beşinci aydır ki, davam edir. Səbəblər arasında FAO ekspertləri Qərbi Avropadan ixrac təklifinin azalması, Okeaniyada süd istehsalının aşağı olması, eləcə də pandemiya fonunda işçi qüvvəsinin çatışmazlığını qeyd ediblər.

Taxılın qiyməti yanvar ayında cəmi 0.1% artığı halda, 2021-ci ilin yanvar ayı ilə müqayisədə indi 15.6% yüksəkdir. Cənub yarımkürəsində davam edən quraqlıq səbəbindən qarğıdalının qiyməti də 3.8% artıb.

2022-ci ilin yanvar ayında ət bir il ərzində 17.3% bahalaşsa da, praktiki olaraq eyni səviyyədə qalıb. Mal əti qiymətləri daha bir rekord vurub, çünki tələb təklifi üstələyib. Donuz ətinin qiyməti dəyişməyib, quzu və quş əti isə əksinə ucuzlaşıb. Eyni zamanda şəkər son 6 ayın minimumuna düşüb. Bu, Braziliyada bol məhsul gözləntiləri fonunda baş verib.

Son xəbərlər
Oxşar xəbərlər