21 C
Baku
Friday, October 3, 2025

Dünyada ən çox qızıl istehsal edən ölkələr — Top 10-luq

WGC-nin (World Gold Council) məlumatlarına əsasən, 2024-cü ilin yekununda dünyada 3,7 min ton qızıl hasil olunub — bu, əvvəlki illə müqayisədə cəmi 0,6% çoxdur. Qızıl hasilatında liderlik Çinə məxsusdur: ölkə 10,4%-lik payla 380,2 ton qızıl istehsal edib. Əhəmiyyətli həcmlər həmçinin Rusiyada (330 ton), Avstraliyada (284 ton) və Kanadanın (202,1 ton) payına düşür.

lk onluğa həmçinin ABŞ (158 ton), Qana (140,6 ton), Meksika (140,3 ton), İndoneziya (140,1 ton), Peru (136,9 ton) və Özbəkistan (129,1 ton) daxil olub.

WGC-nin məlumatına görə, Qazaxıstan 87 ton hasilatla 14-cü yeri tutub. Qeyd edək ki, bu göstəricilər “Metals Focus” metodologiyasına əsaslanır və burada “refined” və ya “paid gold” nəzərə alınır. Başqa sözlə, söhbət qızıl filizinin və ya yarımfabrikatların kütləsindən yox, emal olunmuş və affinaja ən yaxın vəziyyətdə olan metaldan gedir.

MDB ölkələrinin ümumi payı 14,2 ton təşkil edib ki, bu da 2023-cü ilin nəticələri ilə müqayisədə 11,9% azdır. WGC-ə görə, Qazaxıstanda və Qırğızıstanda qızıl hasilatı müvafiq olaraq 1,3% və 7,5% azalıb. Rusiyada və Özbəkistanda, əksinə, hasilat 2,6% və 7,9% artıb.

Bu arada, qızılın qiyməti tarixi rekordları yeniləməyə davam edir: 2025-ci ilin sentyabr ayının sonuna bir troy unsiyası 3,9 min dollara çatıb. Qeyd etmək lazımdır ki, ilin əvvəlində bir troy unsiyasının qiyməti 2,6 min dollardan bir qədər çox idi. Demək olar ki, 50%-lik bahalaşma qlobal geosiyasi qeyri-sabitlik, hərbi xərclərin artması və investorların riskli aktivlərdən qoruyucu aktivlərə yönəlməsi ilə bağlıdır.

Son xəbərlər
Digər xəbərlər