8 C
Baku
Wednesday, December 4, 2024

Dünyada ən çox xam neft ehtiyatına sahib 15 ölkə

Qlobal xam neft ehtiyatları hazırda təxminən 1 trilyon 530 milyard barrel qiymətləndirilir.

Dünyanın ən çox neft ehtiyatına malik 15 ölkəsi bunlardır – Venesuela (300,9 milyard barrel), Səudiyyə Ərəbistanı (266,5 milyard barrel), Kanada (169,7 milyard barrel), İran (158,4 milyard barrel), İraq (142,5 milyard barrel), Küveyt (101,5 milyard barrel), Birləşmiş Ərəb Əmirlikləri (97,8 milyard barrel), Rusiya (80 milyard barrel), Liviya (48,4 milyard barrel), Nigeriya (37,1 milyard barrel), ABŞ (36,5 milyard barrel), Qazaxıstan (30 milyard barrel), Çin (25,6 milyard barrel), Qətər (25,2 milyard barrel) və Braziliya (12,7 milyard barrel).

Təkcə Veneseula dünya neft ehtiyatının 30 faizinə sahibdir. Ən çox ehtiyata malik ilk 5 ölkə arasında yer alan İran və İraq isə dünya neftinin təxminən 20 faizinə sahibdir.

Qlobal ehtiyatlarının təxminən 50 faizinə malik olan bu neftlə zəngin ölkələrin bəziləri (Venesuela, İran, İraq) dünyanın ən kasıb ölkələri sırasındadır. Həmin ölkələr ümumi daxili məhsula görə dünya sıralamasında müvafiq olaraq 73, 75 və 109-cu yerdə qərarlaşıb.

Azərbaycan dünyanın neft ehtiyatı ilə zəngin 20-ci ölkəsidir. Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) hesablamalarına görə, Azərbaycanın təsdiq olunmuş xam neft ehtiyatları 7 milyard barrel təşkil edir.

©Azərtac

Son xəbərlər
Digər xəbərlər