32 C
Baku
Saturday, June 25, 2022

“Dünyada 18 həftəlik taxıl ehtiyatı qalıb”

Dünyada 18 həftəlik taxıl ehtiyatı qalıb.

Bunu Rusiyanın aqrar bazarları araşdıran və proqnozlaşdıran “Sovekon” şirkəti bildirib.

Rusiyanın Taxıl İxracatçıları Birliyinin İdarə Heyətinin sədri Eduard Zernin deyib ki, vəziyyəti düzəltmək üçün BMT, o cümlədən onun Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı təxirsalınmaz tədbirlər görməlidir. Çünki 2022-2023-cü kənd təsərrüfatı ilinin sonuna qədər (2022-ci il iyulun 1-dən 2023-cü il iyunun 30-nə qədər) nəzərdə tutulan taxıl ehtiyatı 18 həftəyə çatacaq.

İndiyə qədər rekord göstərici 2007-2008-ci kənd təsərrüfatı ilinə təsadüf edib. Onda dünyanın 11 həftəlik taxıl ehtiyatı olub.

Bir müddət əvvəl BMT taxıl idxalının 30%-dən çoxu Rusiya və Ukraynanın payına düşən 50 ölkəyə bu dənli bitkidən ayırıb. Onların çoxu Afrika, Asiya və Yaxın Şərq ölkələridir.

2021-ci ildə Misir və Səudiyyə Ərəbistanı Rusiyadan 2 milyard dollarlıq taxl idxal edib.

 

 

Son xəbərlər
Oxşar xəbərlər