13 C
Baku
Friday, April 26, 2024

Dünyada 50 milyona yaxın insan qul əməyinə cəlb olunur – Hesabat

Dünyada hazırda 50 milyona yaxın insan qul vəziyyətində saxlanılır.

Bu barədə Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Miqrasiya Təşkilatının birgə hesabatında deyilir.

Qeyd olunur ki, 27.6 milyon insan zorakı əməyə, 22 milyon insan isə zorakı nikaha məruz qalıb. 2016-cı ildən bəri bu göstəricilər ümumilikdə 9.3 milyon nəfər artıb.

Hesabata əsasən, zorakı əməyə cəlb etməyə görə Asiya liderlik edir.

“Bu regionda 15.1 milyon insan əməkhaqqının sistemli şəkildə gecikdirilməsi, işdən çıxarılma təhdidi kimi üsullarla qul əməyinə cəlb olunur”, – hesabatda deyilir.

Eyni zamanda zorakı nikaha cəlb olunma daha çox Asiya-Sakit okean regionunda (14.2 milyon nəfər) qeydə alınır.

MənbəTrend
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər