Avropada və dünyanın digər ölkələrində təxminən 800 000 elektrikli avtomobil sahibinin məlumatları “Cariad” şirkətinin (“Volkswagen”in törəməsi) texniki səhvinə görə internetə sızıb.
Sızma “Volkswagen”, “Seat”, “Audi” və “Skoda” brendlərinin avtomobilləri haqqında bir neçə terabaytlıq məlumatlara təsir edib. Ən böyük sızma Almaniyanın payına düşüb – təxminən 300 min avtomobil.
Hərbi münaqişə zonalarında nəqliyyat vasitələri ilə bağlı məlumatlar xüsusi maraq doğurur. Qeyd olunur ki, problem artıq aradan qaldırılıb.