Dünyada 184 ölkənin 8.95 milyarddan çox sakini koronavirusa qarşı peyvənd olunub.
Banker.az xəbər verir ki, “Bloomberg” agentliyinin proqnozlarına görə, belə davam etsə, beş aydan sonra dünya əhalinin 75%-i ən azı bir doza peyvənd vurduracaq. Qeyd edək ki, artıq 38 ölkədə bu göstəriciyə nail olunub.
“Yüksək gəlirli ölkələr aşağı gəlirli ölkələrlə müqayisədə 10 dəfə sürətli vaksinasiya olunur”, – mesajda deyilir.
“Bloomberg” hesab edir ki, Çində 2.7 milyard peyvənd edilib. Əhalinin 61.7%-nin peyvənd olunduğu ABŞ, Fransa (79.6%), Almaniya (70.9%) və Böyük Britaniya (70.7%) da yüksək göstəricilərlə seçilir.
Vaksinasiyanın aşağı tempi Konqo (0.1%), Çad (0.5%), Haiti (0.6%) və Yəməndə (1.2%) müşahidə edilir. Rusiyada əhalinin 44.4%-i tam peyvənd olunub.