12 C
Baku
Sunday, October 27, 2024

Dünyada aclıq çəkən insanların sayı kəskin artıb

2021-ci ildə ciddi qida çatışmazlığından əziyyət çəkənlərin sayı 40 milyon nəfər artaraq 193 milyona çatıb. Banker.az bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına istinadən xəbər verir. Bunun əsas səbəbləri arasında hərbi münaqişələr, koronavirus və iqtisadi böhranlar yer alır. Mütəxəssislərin sözlərinə görə, Efiopiya, Cənubi Madaqaskar, Cənubi Sudan və Yəməndə vəziyyət daha kəskindir.

Ərzaq təhlükəsizliyinin təsnifatına görə, sadalanan ölkələr beşinci pillədədir ki, bu da aclıq və humanitar fəlakət deməkdir. Ərzaq çatışmazlığı problemi təxminən 570 min insana təsir göstərir.

BMT-nin məlumatına görə, 24 ölkədə 139 milyondan çox insan hərbi münaqişələr, 8 ölkədə 23 milyon insan pis hava şəraiti, 21 ölkədə isə 30 milyondan çox insan pandemiyanın mənfi iqtisadi nəticələri səbəbindən ciddi ərzaq çatışmazlığı ilə üzləşib.

Bildirilir ki, hesabat Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı başlamazdan əvvəl hazırlanıb. Eyni zamanda, aclıq probleminin onsuz da kəskinləşdiyi ölkələr bu münaqişə nəticəsində yaranmış risklərə qarşı həssasdırlar. Əsas problem ərzaq və kənd təsərrüfatı resurslarının tədarükündən yüksək asılılıq, ərzaq qiymətlərində sıçrayışdır.

Son xəbərlər
Digər xəbərlər