15 C
Baku
Friday, October 3, 2025

Dünya üzrə birləşmə və satınalma sövdələşmələrinin həcmi üçüncü rübdə $1 trilyona çatıb

Dünya üzrə birləşmə və satınalma (M&A və ya Mergers and Acquisitions) üzrə əməliyyatların həcmi üçüncü rübdə $1 trilyona çatıb, bu barədə “Financial Times” məlumat verib.

İlin əvvəlindən bu göstərici bir sıra iri sövdələşmələr hesabına əhəmiyyətli dərəcədə artıb. Onların arasında “Electronic Arts” şirkətinin $55 milyarda alınması, dəmiryolu operatorları “Union Pacific” və “Norfolk Southern”in $85 milyardlıq, eləcə də Britaniyanın mədən şirkəti “Anglo American”ın Kanada rəqibi “Teck” ilə $50 milyardlıq birləşməsi qeyd olunur.

Ümumilikdə ilin ilk üç rübündə $10 milyarddan yuxarı dəyərdə 47 sövdələşmə bağlanıb ki, bu da LSEG tərəfindən aparılan hesablamaların başlanmasından bəri ən yüksək göstəricidir.

Ümumən isə bu il dünya üzrə M&A əməliyyatlarının həcmi təxminən $3.1 trilyona çatıb. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 35% çoxdur və ekspertlərə görə, cari ilin 2021-ci ildən bəri ən uğurlu il ola biləcəyini göstərir.

Son xəbərlər
Digər xəbərlər